Azərbaycan dövlət sərhədlərinin təkmilləşdirilməsində BMT ilə əməkdaşlığı davam etdirəcək
Tarix: 17.12.2015 | Saat: 15:40:00 | E-mail | Çapa göndər


BMT ilə birgə əməkdaşlıq çərçivəsində Azərbaycanın Dövlət Sərhəd Xidmətinin (DSX) texniki, təlim-tədris imkanlarının təkmilləşdirilməsində görülən işlər əhəmiyyətlidir.
Bu barədə DSX-nın rəisi – Sərhəd Qoşunlarının Komandanı general-polkovnik Elçin Quliyevin BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Broeki ilə görüşündə bildirilib.
DSX-nın Mətbuat Mərkəzindən verilən məlumata görə, dekabrın 16-da DSX-nın rəsisi E.Quliyev BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Antonius Broeki səlahiyyət müddətinin başa çatması ilə əlaqədar qəbul edib.
Görüşdə BMT-nin müvafiq qurumları ilə DSX arasında uzun müddət ərzində həyata keçirilən əməkdaşlığa nəzər salınıb, BMT İnkişaf Proqramı tərəfindən 2010-2012-ci illərdə inteqrə edilmiş sərhəd idarəçiliyi sahəsində bir layihənin icrasının yekunlaşdırılması, 2014-cü ildən etibarən isə digər layihənin uğurla davam etdirilməsi vurğulanıb, birgə əməkdaşlıq çərçivəsində Dövlət Sərhəd Xidmətinin texniki, təlim-tədris imkanlarının təkmilləşdirilməsində görülən işlərin əhəmiyyəti xüsusi qeyd olunub.
E.Quliyev Ermənistanın təcavüzü nəticəsində Azərbaycan ərazisinin bir hissəsinin bu günədək işğal altında qalmasını, bir milyona yaxın azərbaycanlının öz yurdlarından didərgin düşməsini qeyd edib, işğal olunmuş ərazilərin transsərhəd cinayətkar fəaliyyətlər üçün istifadə edildiyini, mövcud vəziyyətin sərhəd təhlükəsizliyinə əsas təhdid olduğunu vurğulayıb.
Eyni zamanda, görüşdə dünyada və regionda baş verən hadisələrin sərhəd təhlükəsizliyinə təsiri, yeni çağırışlar və cavab tədbirləri barədə fikir mübadiləsi aparılıb.
Tərəflər DSX və BMT-nin müvafiq qurumları arasında qarşılıqlı faydalı əməkdaşlığın bundan sonra da uğurla davam etdirilməsinə ümidvar olduqlarını qeyd ediblər.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info