“Statoil” 1500 nəfəri ixtisar edir
Tarix: 17.12.2015 | Saat: 16:36:00 | E-mail | Çapa göndər


Dünya birjalarında neftin qiymətinin ucuzlaşması ilə əlaqədar Norveçin dövlət enerji şirkəti “Statoil” 2016-cı ilin əvvəlində 1500 nəfəri ixtisar edəcək.
Bu barədə “Statoil”un yaydığı məlumatda deyilir. Belə ki, şirkət gələn ilin yanvarında 1500 nəfəri ixtisar edəcək, onlar arasında uzun müddət şirkətdə çalışanlara 24 ay ərzində tam maaş veriləcək.
Dünyanın 38 ölkəsində fəaliyyət göstərən “Statoil”da ümumilikdə 22 min nəfər işləyir. Şirkət təkcə bu il 1900 nəfəri ixtisar edib. Həmçinin, “Statoil” neftin qiymətinin ucuzlaşması ilə əlaqədar dənizdəki qazma platformalarının fəaliyyətini də dayandırıb.
Qeyd edək ki, “Statoil” “Trans-Adriatik” (TAP) boru kəməri layihəsində 20 faiz, “BTC Ko.”da 8,71 faiz, “Azəri-Çıraq-Günəşli” (AÇG) layihəsində isə 8,6 faizlik səhmə sahibdir.
Əsası 1972-ci ildə qoyulan “Statoil” Norveçin ən böyük şirkəti, Skandinaviyanın isə ən böyük neft şirkətidir. Səhmlərinin 64 faizi dövlətin nəzarətində olan şirkətin mərkəzi ofisi Norveçin Stavanger şəhərində yerləşir. “Statoil” dünyada xam neftin və Avropada isə qazın əsas ixracatçılarından biridir.
Tural




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Azərbaycan nefti bahalaşıb
22.01.2019
Fevralda Sumqayıt, Abşeron və Qəbələdə “KOB Dostları” fəaliyyətə başlayacaq
22.01.2019
Şpris zavodu 2019-cu ilin 1-ci rübündə istifadəyə veriləcək
22.01.2019
Bu il Şərur Sənaye Məhəlləsinin yaradılmasına başlanılacaq
22.01.2019
İlin birinci yarısında “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzi istifadəyə veriləcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Dərslər təxirə salındı
2 “Mənim güc mənbəyim Bakıdadır”
3 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
4 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
5 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Nikola Sarkozi ilə görüşüb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info