“Azərbaycan donor ölkəyə çevrilib”
Tarix: 17.12.2015 | Saat: 16:37:00 | E-mail | Çapa göndər


“2015-ci il AİDA üçün uğurlu olub. Bu il agentlik fəaliyyət proqramını genişləndirib”.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AİDA) rəhbəri Əşrəf Şıxəliyev bildirib.
O deyib ki, son dövrdə Azərbaycanın sürətlə inkişaf etməsi ölkəmizin regiondan kənarda investor kimi fəaliyyətinə geniş imkanlar yaradıb. Azərbaycanın donor ölkəyə çevrildiyini deyən Ə. Şıxəliyev bildirib ki, AİDA fəaliyyətini əsasən humanitar və texniki sahələr üzrə qurub.
Ə. Şıxəliyev qeyd edib ki, İslam İnkişaf Bankı ilə əməkdaşlıq çərçivəsində AİDA Afrikanın 8 ölkəsində katarakta ilə mübarizə kampaniyasında fəal iştirak edib və nəticədə 50 min insanın görmə qabiliyyəti bərpa edilib. O, Pakistanın “Əl Fərabi” tibb mərkəzinə reabilitasiya avadanlıqlarının hədiyyə edildiyini də diqqətə çatdırıb.
“Bu il İordaniya universitetində təhsil alan 400 əlil tələbəyə AİDA tərəfindən xüsusi kompüter otağı hədiyyə edilib. Azərbaycan Nepal və Qırğızıstana humanitar yardım göndərib. “Ebola” ilə mübarizəyə isə 1 milyon dollar vəsait ayrılıb”, - deyə təşkilatın rəhbəri əlavə edib.
2015-ci ildə AİDA-nın BMT baş katibi tərəfindən Fövqəladə hallara cavab üzrə Məşvərət qrupuna təyin edildiyini deyən Ə. Şıxəliyev agentliyin gələcək planlarına toxunub: “İstərdik ki, əcnəbi tələbələrin Azərbaycanın ali təhsil ocaqlarında təhsil almaları üçün proqramı genişləndirək, ixtisasartırmanı davam etdirək. Elmi əməkdaşlığa da dəstək vermək niyyətindəyik. Azərbaycanın neft mütəxəssisləri ilə əcnəbi həmkarları arasında əməkdaşlığa dəstək verməyə, habelə BMT və digər beynəlxalq təşkilatlarla birgə layihələrə istedadlı Azərbaycan gənclərini cəlb etməyə çalışacağıq”.
Tural




 
Bölməyə aid digər xəbərlər
17.11.2018
İN: Qondarma qurumun ABŞ ərazisində təşviqi bu ölkənin Minsk qrupunun həmsədri kimi öhdəlikləri ilə ziddiyyət təşkil edir
17.11.2018
ATƏT-in Minsk qrupu işğalçı Ermənistana təzyiq göstərmək üçün bütün alətlərdən maksimum istifadə etməlidir
17.11.2018
Ermənistan Belarus və Qazaxıstanla KTMT-də müttəfiq dövlət olmasına baxmayaraq, ciddi tərəfdaş kimi qəbul olunmur
17.11.2018
Rəsmi Bakı: Belə qərəzli addımlar Fransanın Minsk qrupunun həmsədri kimi üzərinə götürdüyü öhdəliklərlə bir araya sığmır
17.11.2018
Fransalı deputatların Saakyanla mümkün görüşü Fransanın ATƏT-in Minsk qrupunun həmsədri kimi statusuna zidd olacaq

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10495

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info