Şəkidə kənd təsərrüfatı ilə bağlı regional müşavirə keçirilib
Tarix: 17.12.2015 | Saat: 17:09:00 | E-mail | Çapa göndər


Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidməti tərəfindən Şəki rayonunda xidmətin yerli qurumlarının-rayon bitki mühafizəsi mərkəzlərinin, bitkilərin karantini məntəqələrinin əməkdaşlarının, bələdiyyələrin, icra nümayəndələrinin, torpaq mülkiyyətçilərinin və fermerlərin iştirakı ilə "Respublikanın mədəni əkinlərində inteqrir mühafizəsi sisteminin təkmilləşdirilməsi və fitosanitar tədbirlərin həyata keçirilməsinin vəziyyəti" nə dair IV regional müşavirə keçirilib.
Tədbiri giriş sözü ilə Şəki şəhər icra hakimiyyəti başçısının müavini- sosial iqtisadi inkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdiri Firon Əliyev açaraq keçirilən tədbirin bölgədə karantin və xüsusi təhlükəli zərərli orqanizmlərə qarşı mübarizə tədbirlərinin çevikliyinin və səmərəliliyinin artırılmasında və məhsuldarlığının yüksəldilməsində əhəmiyyətli olduğunu vurğulayıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin rəisi Camal Quliyev bölgədə mövcud fitosanitar vəziyyəti ətraflı təhlil edərək aqrobiosenoza pestisid təzyiqinin azaldılması istiqamətində mövcud problemlərin həlli yollarını göstərib. Daha sonra "Respublika ərazisində yovşanyarpaqlı ambroziyanın (Ambrosia artemisiifolia L.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə məhdudlaşdırıcı və ləğvedici tədbirlər planını"nın icra vəziyyəti barədə məlumat verib.
Müşavirədə "Dənli, taxıl bitkiləri əkinlərində inteqrir mübarizə tədbirləri" və "Respublika ərazisində tikanlı quşüzümünün (Solanum rostratum Dunal.) yayılmasının qarşısının alınması və yayılma mənbələrinin məhv edilməsi üzrə təcrid və ləğvedici tədbirlər planının icra vəziyyəti " mövzularında məruzələr edilmiş və müvafiq müzakirələr aparılıb.
Müşavirə iştirakçılarına Dövlət Xidməti tərəfindən hazırlanmış payızlıq taxıl əkinlərində inteqrir mübarizənin texnoloji xəritəsi, daxili karantin obyektləri olan tikanlı quşüzümü və yovşanyarpaqlı ambroziya barədə bukletlər, eləcə də karantin orqanmizmlərin təcrid və ləğv edilməsinə dair milli fitosanitar fəaliyyət planları paylanılıb.
Sonda müşavirə iştirakçıları Şəki-Zaqatala bölgəsində siçanabənzər gəmiricilərə və taxıl böcəyinə qarşı həyata keçirilən mübarizə tədbirlərinin gedişi ilə tanış olublar.
Müşavirə iştirakçıları və fermerlər kənd təsərrüfatının inkişafı istiqamətində fermerlərə göstərilən qayğıya görə Respublika Prezidenti cənab İlham Əliyevə və Kənd Təsərrüfatı Nazirliyinə öz minnətdarlıqlarını bildiriblər
Tural




 
Bölməyə aid digər xəbərlər
17.01.2019
Özəl televiziyalara birdəfəlik maliyyə yardımı ayrılıb
17.01.2019
Neftçalada Regional Forum keçirilib
17.01.2019
DGK dövlət büdcəsinə 3,5 milyard manatadək vəsait köçürüb
17.01.2019
Əl çantasında bəyan olunmayan valyuta aşkarlandı
17.01.2019
Azərbaycan təbii qaz ixracını artırıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10563

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
4 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
5 Prezident: Sarkisyan rejiminə dəstək verən, göz yuman beynəlxalq təşkilatların da onun törətdiyi cinayətlərdə payı var


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info