İtkin düşən neftçilərin axtarışında peyk fotoşəkillərdən istifadə olunur
Tarix: 17.12.2015 | Saat: 18:04:00 | E-mail | Çapa göndər


“Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəzanın nəticələrinin aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyi(FHN) aidiyyəti üzrə tədbirlərini davam etdirir.
Nazirlikdən verilən məlumata görə, hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-5” və “Vixr-8” yanğınsöndürmə gəmiləri ərazidə fasiləsiz olaraq yanğının söndürülməsi işləri aparır. Bundan əlavə, nazirliyin Xəzər Hövzə Qəza-xilasetmə Xidmətinin “Sanmar” və “Svetlomor-2” gəmisi mümkün neft dağılmaları ilə əlaqədar ərazidə monitorinq işləri görür. Nazirliyin Aviasiya dəstəsinin 2 helikopteri və “BE-200ÇS” amfibiya tipli təyyarəsi, Xüsusi Riskli Xilasetmə Xidməti və Dövlət Sularda Xilasetmə Xidmətinin qüvvələri itkin düşənlərin axtarış işlərini həyata keçirir.
"Onu da əlavə edək ki, itkin düşənlərin axtarış işlərində Fövqəladə Hallar Nazirliyinə “Azərkosmos” ASC-dən və Dövlət Dəniz Administrasiyasıvasitəsilə Avropa İttifaqının Axtarış-xilasetmə Mərkəzindən təqdim olunan yüksək ayırdetmə imkanlı peyk fotoşəkillərdən də istifadə olunur", - deyə məlumatda bildirilir.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi ilə “ASELSAN” şirkəti arasında memorandum imzalanıb
25.09.2018
“Şahdağ” rusiyalı turistlər üçün ən yaxşı dağ-xizək kurortlarının ilk üçlüyünə daxil edilib
25.09.2018
“Bakcell“dən maraqlı aksiya və onlayn müsabiqə: DaimOnline
25.09.2018
AQTA-nın vətəndaşlara müraciəti
25.09.2018
Mübariz Qurbanlı Mingəçevirdə vətəndaşların müraciətlərini dinləyib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info