Bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiya hazırlanır
Tarix: 17.12.2015 | Saat: 18:25:00 | E-mail | Çapa göndər


İqtisadiyyat və Sənaye Nazirliyinin təşkilatçılığı ilə bərk məişət tullantılarının idarəçiliyinə dair Milli Strategiyanın Konsepsiya Sənədinə dair Seminar keçirilmişdir. Tədbirdə müxtəlif dövlət qurumlarının, beynəlxalq təşkilatlar və məsləhətçi şirkətlərin nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini, “Bərk Məişət Tullantılarının Vahid İdarəçiliyi Layihəsi”nin idarəetmə qrupunun direktoru Sahil Babayev qeyd edib ki, ətraf mühitin mühafizəsi, əhalinin sağlamlığının qorunması, bərk məişət tullantılarının idarə edilməsinin müasirləşdirilməsi və yenidənqurulması ölkəmizdə prioritet istiqamətlərdəndir. Vurğulanıb ki, Bakı şəhərində məişət tullantıları ilə bağlı idarəetmənin təkmilləşdirilməsi barədə Prezidentinin sərəncamına uyğun olaraq, paytaxt ərazisində əmələ gələn bərk məişət tullantılarının yerləşdirilməsi və zərərsizləşdirilməsi məqsədilə “Təmiz Şəhər” ASC yaradılıb, Balaxanı qəsəbəsində Bakı Bərk Məişət Tullantılarının Yandırılması və Bərk Məişət Tullantılarının Çeşidlənməsi zavodları istifadəyə verilib. Hazırda Balaxanıda Eko-Sənaye Parkı yaradılmaqdadır.
Bərk məişət tullantılarının idarə olunmasının təkmilləşdirilməsi məqsədilə 2009-cu ildən etibarən İqtisadiyyat və Sənaye Nazirliyi və Dünya Bankı tərəfindən uğurla həyata keçirilən “Bərk məişət tullantılarının vahid idarəçiliyi layihəsi” çərçivəsində Qaradağ və Suraxanı poliqonları tam bərpa edilib, bərk məişət tullantılarının idarəçiliyi üzrə Böyük Bakı Strategiyası və Bakı şəhərində tullantıların toplanması və daşınması sisteminin optimallaşdırılmasına dair hesabat hazırlanıb, tullantıların elektron informasiya sisteminin tətbiqinə başlanılıb, Bakı şəhəri və onun ətraf rayonlarındakı 41 iri qeyri-qanuni tullantı sahələri bağlanıb, paytaxtda toplama və daşınma sisteminin təkmilləşdirilməsi üçün 3239 müxtəlif ölçülü tullantı konteynerləri və 29 ədəd tullantı daşıyan yük maşınları ilə təchiz olunub.
Layihənin 2014-2016-cı illəri əhatə edən ikinci mərhələsində Balaxanı poliqonunun yenidən qurulması işlərinə, habelə Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiya, Texniki İqtisadi Əsaslandırma və Regional İnvestisiya Planlarının hazırlanmasına başlanılıb. Bu məqsədlə beynəlxalq məsləhətçi şirkətlərin konsorsimu cəlb edilmiş və onlar tərəfindən ölkəmizdə bərk məişət tullantılarının idarə edilməsinin cari vəziyyətinin öyrənilməsi məqsədilə 11 pilot sahədə tullantıların tərkibinin və həcminin müəyyənləşdirilməsinə dair tədqiqatlar, ölkənin yol şəbəkəsinə, relyef, geoloji, hidrogeloji və topoqrafik xüsusiyyətlərinə, çay və göl şəbəkəsinə dair araşdırmalar aparılıb, müxtəlif dövlət qurumlarından alınmış statistik məlumatlar, rayon və şəhərlərdən daxil olmuş sorğular təhlil edilib. Bu məlumatlar əsasında məsləhətçi şirkət ölkə ərazisində bərk məişət tullantılarının davamlı idarə edilməsinə dair daşınma, toplama və zərərsizləşdirmə sisteminin qurulmasının optimal seçimi kimi regional sanitar poliqon və ötürücü məntəqələr şəbəkəsinin yaradılmasını təklif edib və sahə üzrə hüquqi, inzibati, maliyyə, institusional və texnoloji islahatlara dair seçim və inkişaf ssenarilərini özündə əks etdirən Konsepsiya Sənədinin layihəsini hazırlayıb. Aidiyyəti dövlət qurumlarının rəy və təklifləri nəzərə alınmaqla Konsepsiya Sənədinin əsasında Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın yekun layihəsi hazırlanacaq və hökumətə təqdim ediləcək.
Dünya Bankının Azərbaycandakı nümayəndəliyinin rəhbəri xanım Larisa Leşçenko Bank və Azərbaycan arasında əməkdaşlığın çoxşaxəli olduğunu və bir sıra sahələri əhatə etməklə uğurla davam etdirildiyini qeyd edib, layihəyə dair fikirlərini bölüşüb.
“Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov isə çıxışında qurumun fəaliyyəti, Bakı şəhərində bərk məişət tullantılarının zərərsizləşdirilməsi və yerləşdirilməsi sahəsində gördüyü işlər barədə danışıb.
Sonra Azərbaycanda bərk məişət tullantılarının idarəçiliyi sahəsindəki mövcud vəziyyətə və qarşıya qoyulan hədəflərə, Bərk Məişət Tullantılarının İdarəçiliyinə dair Milli Strategiyanın məqsədlərinə və Konsepsiya Sənədinə dair təqdimatlar keçirilib.
Tədbirdə aidiyyəti qurumlar Konsepsiya Sənədinin layihəsinə dair rəy və təkliflərini bildiriblər.


Qorqud




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir
16.11.2018
Sanqaçal qəsəbə sakinləri ilə növbəti səyyar görüş keçirilib
16.11.2018
Sahil Babayev Şəmkirdə 5 rayonun sakinləri ilə görüşüb
16.11.2018
Birinci qrup ilkin əlillik təyin olunanların sayında azalma 75,8 faizə çatıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
4 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
5 “Gedir dayanmadan zamanın köçü”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info