Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirilib
Tarix: 17.12.2015 | Saat: 19:57:00 | E-mail | Çapa göndər


Dekabrın 17-də Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirilib.
Rumıniyanın Kluj Napoca şəhərindən Avropa Gənclər Paytaxtının rəmzi açarını qəbul edən Gəncənin nümayəndə heyəti şəhərin beynəlxalq hava limanında böyük təntənə ilə qarşılanıblar. “Gəncə Avropa Gənclər Paytaxtı-2016” İctimai Birliyinin sədri Elmir Vəliyev Avropa Gənclər Paytaxtının rəmzi açarının gətirilməsi münasibətilə gəncəliləri təbrik edərək bildirib ki, bu uğur Azərbaycan Prezidenti İlham Əliyevin gənclərə göstərdiyi diqqət və qayğının nəticəsidir.
Sonra Gəncə Dövlət Dram Teatrının aktyorları hava limanında dahi Azərbaycan şairləri Nizami Gəncəvinin, Məhsəti Gəncəvinin, Mirzə Şəfi Vazehin və xalq qəhrəmanı Cavad xanın obrazlarını canlandırdılar. Musiqi və rəqs kollektivlərinin çıxışları oldu.
Avropa Gənclər Paytaxtının rəmzi açarı əllərində üçrəngli Azərbaycan bayraqları tutmuş gənclərin müşayiəti ilə şəhərə gətirildi. Şəhəri dolaşan avtobus karvanı nəhayət mərkəzi meydana çatdı və minlərlə gəncin iştirakı ilə açarın qarşılanma mərasimi oldu.
Sonra mərasim iştirakçıları müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər qərənfillər düzdülər.
Həmin gün şəhərin mərkəzi meydanında əsl bayram əhval-ruhiyyəsi yaşandı.
Beləcə Gəncə daha bir əlamətdar hadisənin şahidi oldu. Avropa Gənclər Paytaxtının rəmzi açarı Gəncəyə gətirildi.
Xatırladaq ki, Gəncə 2013-cü ildə “Avropa Gənclər Forumu”nun Yunanıstanın Saloniki şəhərində keçirilən iclasında səs çoxluğu ilə 2016-cı il Avropa Gənclər Paytaxtı seçilib.
Avropa Gənclər Paytaxtı “Avropa Gənclər Forumu”nun həyata keçirdiyi beynəlxalq layihədir. Bu Forum Avropa ölkələrinin milli gənclər şuralarının və beynəlxalq qeyri-hökumət gənclər təşkilatlarının beynəlxalq platformasıdır. “Avropa Gənclər Forumu” Avropa Gənclər Paytaxtı layihəsini ilk dəfə 2009-cu ildə həyata keçirib. Avropanın ilk seçilən gənclər paytaxtı Niderlandın Rotterdam, daha sonra İtaliyanın Turin, Belçikanın Antverpen, Portuqaliyanın Braqa, Sloveniyanın Maribor, Rumıniyanın Saloniki və Kluj Napoca şəhərləri olub. Artıq Azərbaycanın Nizami yurdu da Avropa Gənclər Paytaxtları şəbəkəsinə qoşuldu. Bununla da şəhər gəncləri bir il ərzində gənclər sahəsində həyata keçirilən proqram və layihələr haqqında məlumatı Avropa ölkələrinə nümayiş etdirmək imkanı qazanıblar.

Nigar




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
Gömrükçülər narkotik vasitə aşkarlayıb
20.11.2018
NDU-da YAP-ın yaradılmasının 26-cı ildönümü ilə bağlı konfrans keçirilib
19.11.2018
“İrəli”nin keçirdiyi intellektual yarışların Aran və Gəncə-Qazax üzrə qalibləri müəyyənləşib
19.11.2018
Paytaxtın 2 rayonunda iməclik keçirilib
18.11.2018
Ölkəmizin on şəhər və rayonunun məktəbliləri Lənkərana gəliblər

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info