“Azərbaycan sosial müdafiədə mütərəqqi təcrübədən istifadəyə xüsusi önəm verir”
Tarix: 17.12.2015 | Saat: 19:59:00 | E-mail | Çapa göndər


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Amerika Birləşmiş Ştatlarının (ABŞ) ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Robert Sekuta ilə görüş olub.
Görüşdə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Azərbaycanla ABŞ arasında ikitərəfli əlaqələrin inkişafından və müxtəlif sahələr üzrə həyata keçirilən əməkdaşlıqdan bəhs edib. Prezident İlham Əliyevin ölkənin dinamik və hərtərəfli inkişafını stimullaşdıran siyasətinin uğurlu nəticələrini diqqətə çatdıran nazir hər bir ölkə vətəndaşının layiqli həyat və əmək şəraiti, sosial müdafiə sistemi ilə təmin olunmasının aparılan siyasətdə mühüm yer tutduğunu vurğulayıb: “Ötən dövrdə ölkəmiz BMT-nin “Əlilliyi olan şəxslərin hüquqlarına dair Konvensiya”sına, qadınlarla, uşaqlarla bağlı konvensiyalarına, BƏT-in əmək və məşğulluq sahəsində 57 Konvensiyasına, Avropa Sosial Xartiyasına, Avropa Şurasının Sosial Birlik üzrə Strategiyasına və s. sənədlərə qoşulub. Ümumilikdə Azərbaycan əmək, məşğulluq, sosial müdafiə, demoqrafiya, miqrasiya və digər sahələrdə sivil və demokratik dəyərləri təbliğ edən bütün beynəlxalq sənədləri ratifikasiya edib. Milli hüquqlar sistemi beynəlxalq normalar əsasında daim təkmiləşdirilir. Ölkədə cəmiyyətin hər bir üzvü üçün hər hansı ayrı-seçkiliyə məruz qalmadan məşğulluq və peşə, sosial rifah xidmətlərindən yararlanma sahəsində bərabər imkanlar mövcuddur”.
S.Müslümov sosial cəhətdən həssas qrupların dövlət qayğısı ilə əhatə edilməsi üçün icra olunan sosial proqramları qeyd edib: “Əhalisinin sayı 9,7 milyona yaxınlaşan ölkədə 2,3 milyondan çox insanın dövlət tərəfindən birbaşa sosial təminatı həyata keçirilir. Dünyada iqtisadi böhran proseslərinin müşahidə olunmasına baxmayaraq, Azərbaycanda sosial-iqtisadi inkişaf davam edir. Məqsədyönlü dövlət proqramları ölkədə iqtisadi fəal əhalinin 95 faizdən çox hissəsinin məşğulluğuna imkan yaradıb. Uğurla aparılan iqtisadi şaxələndirmə siyasəti, qeyri-neft sektorunun, sahibkarlığın dəstəklənməsi əmək bazarında sabitliyin qarşıdakı dövrdə də davam edəcəyinə əsas yaradıb”. Nazir həmçinin əməyin ödənilməsində müsbət dinamikanın təmin edildiyini, orta aylıq əmək haqqının son 12 ildə 5,6 dəfədən çox, bu ilin 11 ayında 4,6 faiz artdığını bildirib.
Gənclərin məşğulluğu, sosial cəhətdən həssas qruplar üçün inkluziv əmək bazarının yaradılması sahəsində görülən işləri diqqətə çatdıran S.Müslümov son illərdə əmək və sosial müdafiə sisteminin müasir və innovativ, şəffaf iş mexanizmləri əsasında qurulması üçün aparılan islahatlar barədə də məlumat verib. Nazir bildirib ki, əmək müqavilələri üzrə elektron informasiya sistemində qeydiyyatda olanların 150 nəfəri ABŞ vətəndaşlarıdır.
S.Müslümov Azərbaycanla ABŞ arasında əmək və sosial müdafiə sahəsində müəyyən layihələr çərçivəsində əlaqələrin mövcud olduğunu, bu sahədə sistemli əməkdaşlığın formalaşdırılması üçün müvafiq işlərin aparılmasının məqsədyönlü ola biləcəyini bildirib.
Azərbaycanda uşaq əməyi ilə bağlı milli qanunvericiliyin də beynəlxalq prinsiplər əsasında təkmilləşdirildiyini vurğulayan S.Müslümov ölkənin Əmək Məcəlləsinə əsasən, 15 yaşına çatmamış şəxslərin əmək, həmçinin onların həyat və sağlamlığına, mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb olunmasının qadağan edildiyini bildirib. R.Sekuta həmçinin əlilliyi olan şəxslərin reabilitasiyası yönündə ölkəmizdə məqsədyönlü işlərin aparıldığını, xüsusən Sağlamlıq İmkanları Məhdud Gənclər üçün Peşə Reabilitasiya Mərkəzinin fəaliyyətinin əhəmiyyətini, həmin mərkəzdə olaraq orada aparılan işlərlə yaxından maraqlanmaq istədiyini bildirib. Prezident İlham Əliyevin iştirakı ilə 2013-ci ilin dekabrında istifadəyə verilən Sağlamlıq İmkanları Məhdud Gənclərin Peşə Reabilitasiya Mərkəzinin həmin gənclərin peşə və ümumən sosial reabilitasiyasında mühüm rol oynadığını qeyd edın nazir mərkəzdə indiyədək artıq 640-dək sağlamlıq imkanları məhdud gəncin peşə reabilitasiyasına cəlb olunduğunu, onların mərkəzdə müxtəlif peşələrə yiyələnməklə bərabər, yataqxana, yemək, tibbi-fizioterapevtik xidmətlə də təmin edildiklərini diqqətə çatdırıb.
R.Sekuta Azərbaycanın əmək və sosial müdafiə sahəsində mütərəqqi dünya təcrübəsindən istifadəyə həmişə xüsusi önəm verilməsini, son illərdə respublikada əmək və sosial təminat sistemində aparılan islahatları yüksək dəyərləndirib. Səfir gələcəkdə iki ölkə arasında müvafiq sahədə əməkdaşlığın qurulması, fəal təcrübə və məlumat mübadilələrinin aparılması üçün onun tərəfindən səylər göstəriləcəyini vurğulayıb.
Görüşdə əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi ilə bağlı fikir mübadiləsi aparılıb.

Qorqud




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10139

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info