Berlində Azərbaycan multikulturalizmindən danışılıb
Tarix: 17.12.2015 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev Almaniyanın Berlin Humboldt Universitetinin dəvəti ilə bu ali məktəbdə təhsil alan yerli və xarici tələbələrə, həmçinin burada fəaliyyət göstərən “Azərbaycan tarixi” kafedrasının əməkdaşlarına “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits-200” mövzusunda mühazirə oxumaq üçün bu ölkəyə səfər edib.
Universitetin “Azərbaycan tarixi” kafedrasında təşkil olunan görüşdə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin Himayəçilər Şurasının sədri Kamal Abdullayev iştirakçılara ölkəmizdəki tolerant mühit, burada yaşayan müxtəlif azsaylı xalqların və etnik qrupların dil, din və mədəniyyətinin qorunması üçün həyata keçirilən dövlət siyasəti, multikulturalizmin Azərbaycan modelini formalaşdıran Azərbaycan xalqının keçmişi və bu günü, hazırda dünyanın böyük maraq göstərdiyi Azərbaycan multikulturalizminin müxtəlif aspektləri ilə bağlı ətraflı məlumat verib.
Sonra Dövlət müşaviri “Kitabi-Dədə Qorqud” dastanının elm aləminə tanıdılmasının 200 illiyi ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncamdan və burada göstərilən tədbirlər planına əsasən müxtəlif dövlət qurumlarının həyata keçirdiyi tədbirlərdən söhbət açıb.
Kamal Abdullayev 200 il öncə görkəmli alman şərqşünası və diplomatı Fridrix fon Ditsin Azərbaycan xalqının “Kitabi-Dədə Qorqud” dastanına verdiyi dəyəri, bununla bağlı qələmə aldığı mükəmməl elmi araşdırmanı və dastanın bir boyunun alman dilinə tərcümə edilərək 1815-ci ildə Berlində çap etdirməsini türk dünyası üçün önəmli hadisə hesab etdiyini bildirib. Dövlət müşaviri bu gün və gələcəkdə də ölkəmizdə Fridrix fon Dits şəxsiyyəti ilə birbaşa bağlı olan tədbirlərin keçiriləcəyini dilə gətirib. Kamal Abdullayev bütün bu tədbirləri böyük alman alimi və diplomatına, türk və Şərq vurğunu olan Fridrix fon Ditsə bizlərin bir vəfa borcu kimi xarakterizə edib.
Görüşdə iştirak edən universitetin müxtəlif kafedralarının əməkdaşları, professorlar və tələbələr Kamal Abdullayevə həm ölkəmizdəki multikultural durum, həm də “Kitabi-Dədə Qorqud” dastanı ilə bağlı müxtəlif suallar ünvanlayıblar.
Dövlət müşaviri sonda Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin 25 dildə hazırladığı “Kitabi-Dədə Qorqud” və Fridrix fon Dits-200” kitablar toplusunu və özünün alman dilində nəşr olunmuş “Yarımçıq əlyazma” romanını universitetə hədiyyə edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
25.09.2018
Rusiya-Azərbaycan münasibətləri fundamental xarakter alır
24.09.2018
Azərbaycan xarici ölkələrə silah satışını artırıb
24.09.2018
Əsas məqsəd ərzaq təminatını daha da yaxşılaşdırmaqdır
23.09.2018
Prezident Həsən Ruhani: Cavabımız ağır olacaq
22.09.2018
Azərbaycanın sürətli inkişafının bir daha şahidi oldum

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10144

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info