“Saakaşvilinin Ukraynada işləməsi Ukrayna xalqının üzünə tüpürməkdir“
Tarix: 17.12.2015 | Saat: 20:13:00 | E-mail | Çapa göndər


"Rusiya Gürcüstanla viza rejimini ləğv etməyə hazırdır". Bu bəyanatla Rusiya prezidenti Vladimir Putin bu gün keçirdiyi illik mətbuat konfransında çıxış edib.
O, hazırkı Gürcüstan rəhbərliyinin davranışlarında münasibətlərin normallaşmasına dair əlamətlər gördüyünü deyib: "2008-ci il hadisələrindən sonra bizim münasibətlərimizdə deqredasiya baş verdi. Bu hadisələrin baş verməsinin məsuliyyəti isə birbaşa o vaxtkı prezident Mixail Saakaşvilinin üzərinə düşür. Məhz onun yol verdiyi avantüra nəticəsində vəziyyət bu yerə gəldi, Gürcüstan ərazilərinin bir hissəsini itirdi.
Təsəvvür edin ki, indi həmin adam Odessanın qubernatoru vəzifəsindədir. Saakaşviliyə ABŞ-a işçi vizası vermədilər, Ukraynaya göndərdilər ki, orada işləsin. O da hazırda orada aktiv fəaliyyət göstərir. Qərb bununla Ukraynaya göstərir ki, təkcə onu idarə etmir, həm də oraya onu idarə edən adamlar göndərir. Bu isə Ukrayna xalqının üzünə tüpürməkdir".
V. Putin deyib ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı yaranmış məsələləri Gürcüstan onlarla danışıb razılığa gəlməlidir: "Biz istənilən razılaşmanı dəstəkləməyə hazırıq".
Suriya böhranına da toxunan Putin deyib ki, “Suriyadakı müharibəni biz başlamamışıq. Orada ayrı-ayrı əməliyyatlar keçiririk”.
O qeyd edib ki, Rusiya rəhbərliyi nə etdiyini yaxşı bilir və bu barədə açıq danışır.
Moskvanın Suriya prezidenti Bəşər Əsədlə bağlı mövqeyinə gəldikdə isə Putin bildirib ki, rəhbərlikdə kimin təmsil olunacağını yalnız ölkənin xalqı müəyyən etməlidir.
“Heç vaxt razılaşa bilmərik ki, kimsə kənardan kimin rəhbərlik edəcəyini müəyyən etsin. Bu məsələ ilə bağlı ABŞ baş katibi ilə danışmışıq. Mövqeyimiz dəyişməyib, yalnız Suriya xalqı ölkə rəhbərinin kim olacağını müəyyən etməlidir. Ümumilikdə biz ABŞ-ın BMT Təhlükəsizlik Şurasının qətnaməsinin hazırlanması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”, - deyə o vurğulayıb.Putin əlavə edib ki, sözügedən qətnamə Suriya rəhbərliyini də qane etməlidir. Çünki bu təklif Suriyadakı qanlı münaqişənin həlli üçün bir cəhddir.
Rusiyanın Suriyadakı hərbi bazasına gəldikdə isə Putin məsələ ilə bağlı birmənalı cavab verməkdə çətinlik çəkib. “Orada bizə hərbi baza lazımdır ya yox bilmirəm. Əmin deyiləm ki, Suriyada hərbi bazaya gərək var. Kimisə tapmaq lazımdırsa, onsuz da tapacağıq”, - deyə o bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
25.05.2019
Serj Sarkisyan gizlicə Koçaryanla görüşüb
25.05.2019
Erməni ordusuna ayrılan sabunlar Gümrüdəki bazarda satılır
24.05.2019
ABŞ-ın Türkiyəyə C-400 və sanksiya hədəsində FETO izi
24.05.2019
“Daşnaksütyun“ Paşinyanın istefasını tələb edəcək
24.05.2019
Çinin xarici işlər naziri ilk dəfə Gürcüstana səfərə gəlib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10788

1 Üç müharibə iştirakçısı olan general-mayor
2 Oqtay Zülfüqarovun uşaq mahnıları müasir aranjemanda səslənəcək
3 “İrəvan quberniyasına aid arxiv materiallarını oxuduqca hiss edirsən ki, buralar döğma torpaqlardır”
4 Erməni əsilli gimnast: Mxitaryanın yerində olsaydım, komandamla birgə Bakıya gələrdim
5 …Hər sözdə vətən axtaran soydaşımız


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info