Sürücülərin peşəkarlığı aşağıdır, piyadalar da yol hərəkəti qaydalarına əməl etmir
Tarix: 18.02.2013 | Saat: 20:56:00 | E-mail | Çapa göndər


Dünən Bakıda Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, “Azərbaycan Hüquq İslahatları Mərkəzi” İctimai Birliyinin (AHİM) və Almaniya Federal Ədliyyə Nazirliyinin Beynəlxalq Hüquq Əməkdaşlığı Fondunun (İRZ) birgə təşkilatçılığı ilə “Kompyuter cinayətkarlığı ilə mübarizədə Almaniya təcrübəsi” mövzusunda elmi-praktik seminar işə başlayıb. İki gün davam edəcək və əsasən kompyuter cinayətlərinin açılması sahəsində ixtisaslaşmış məhkəmə ekspertləri üçün nəzərdə tutulmuş seminarın məqsədi kompyuter texnologiyaları sahəsində baş verən cinayətlərin ekspertizası üzrə beynəlxalq metodologiyanı və müasir texnologiyaları öyrənmək, eləcə də respublikamızın bu sahədə fəaliyyət göstərən mütəxəssislərinin peşə bacarıqlarını inkişaf etdirmək və onların müvafiq biliklərini artırmaqdır.

Baş Prokurorluğun, Ədliyyə, Vergilər, Rabitə və İnformasiya Texnologiyaları nazirliklərinin, Xüsusi Dövlət Mühafizə Xidmətinin Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Agentliyinin əməkdaşlarının, hakimlərin və vəkillərin iştirak etdikləri tədbirdə almaniyalı ekspertlərin məruzələri dinlənilib.
Tədbirdə Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin rəisi Fuad Cavadov seminarın məhkəmə ekspertləri üçün əhəmiyyəti, bu sahədə qabaqcıl texnologiyaların öyrənilməsinin zəruriliyi, habelə məsələnin hüquqi aspektləri barədə məlumat verib. Bildirilib ki, Azərbaycanda informasiya texnologiyalarının inkişafına böyük diqqət yetirilir və bu sahə sürətlə inkişaf edir. Ölkəmizdə kibercinayətkarlıqla mübarizə də diqqət mərkəzindədir.
AHİM-nin sədri, Vəkillər Kollegiyası Rəyasət Heyətinin üzvü Anar Bağırov 2013-cü ilin ölkəmizdə “İnformasiya-kommunikasiya texnologiyaları ili” elan olunmasının əhəmiyyətini qeyd edib, bu tədbirin qeyd olunan sənədin tələbləri ilə uzlaşdığını bildirib.
Ədliyyə Nazirliyinin Beynəlxalq Əməkdaşlıq İdarəsinin rəis müavini Tağı Eynullayev və İRZ Fondunun Azərbaycan üzrə əlaqələndiricisi Rəşad Hüseynli kibercinayətkarlıqla mübarizə sahəsində Almaniya təcrübəsinin öyrənilməsi ilə bağlı keçirilən bu tədbirin əhəmiyyətini vurğulayıblar. Seminarın birinci günündə Almaniyanın Köln Torpaq Məhkəməsinin hakimi Jens Şiminovski “Kibercinayətkarlıq - təzahür formaları, kompyuter cinayətkarlığı ilə mübarizədə beynəlxalq normalar, məsələnin Almaniya qanunvericiliyində tənzimlənməsi”, Almaniya Köln Baş Polis İdarəsinin Kompyuter Cinayətkarlığı Departamentinin baş komissarı Tomas Qraupeter “Almaniyada polisin kibercinayətkarlıq sahəsində ekspertiza fəaliyyəti”, Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin elmi-tədqiqat və metodiki iş şöbəsinin baş məsləhətçisi Yaşar Abdullayev “Kibercinayətkarlığın ictimai təhlükəliliyi, onunla mübarizənin cinayət-hüquq və kriminoloji aspektləri” mövzularında məruzələr ediblər.
İnteraktiv formada davam edən seminarda mövzular ətrafında geniş müzakirələr, faydalı fikir mübadiləsi aparılıb, hər iki ölkənin bu sahədəki təcrübəsi haqqında məlumat verilib.
Seminarın ikinci günündə “Qanunsuz gəlirlərin geri qaytarılması: məsələnin Almaniya və Avropa qanunvericiliyində tənzimlənməsi”, “Provayderin məsuliyyəti və informasiya azadlığı” və digər mövzularda məruzələr dinləniləcək. Qeyd edək ki, Fuad Cavadov açıqlamasında bildirib ki, Azərbaycanda yol qəzalarının baş verməsinin əsas səbəbi bir tərəfdən sürücülərin peşəkarlığının aşağı səviyyədə olması, digər tərəfdən piyadaların da yol hərəkəti qaydalarına əməl etməməsidir. O bildirib ki, son zamanlar sürücülərin piyada xəttinin tələblərinə əməl etməsində xeyli müsbət dəyişiklik hiss olunur. Lakin piyadalar bir sıra hallarda işıqforun tələblərinə əməl etmir, təyin olunmamış yerlərdən keçir ki, bu da qəzalara səbəb olur. Eyni zamanda F.Cavadov yol nişanlarının qurulmasında olan nöqsanlardan da danışıb. O deyib ki, yol nişanlarının, əsasən, magistral yollarda ehtiyac olan yerlərdə qurulmasına fikir verilməlidir, çünki yüksək sürətlə hərəkət edən avtomobilin xəbərdar olunmadığı təqdirdə törətmiş olduğu qəza əksər hallarda ölümlə nəticələnir. Mərkəz rəhbəri qəzaların ölümlə nəticələnməsinin səbəblərindən biri kimi köhnə Rusiya istehsalı olan avtomobillərdən istifadəni qeyd edib: "Əgər bu gün Azərbaycanda avtomobillərin 30 faizi Rusiyanın köhnə istehsallı maşınlarıdırsa, ölümlə nəticələnən qəzaların 50 faizdən çoxu da onların payına düşür". F.Cavadov Ekspertiza Mərkəzinin texniki imkanlarının son dövrlərdə təkmilləşdirildiyini qeyd edərək bildirib ki, bu, qəzaların baş vermə səbəblərinin, günahkarın müəyyən olunmasına xeyli yardım edir: "Misal üçün artıq dəqiq müəyyənləşdirmək olur ki, hər hansı bir mübahisəli şəraitdə dönmə nişanı yandırılıb, ya yox". F.Cavadovun sözlərinə görə, artıq işıqforun qəza verən an hansı işarəni verdiyini də aydınlaşdırmaq mümkündür, həmçinin şəhərdə quraşdırılmış videomüşahidə kameraları da nəqliyyat hadisəsinin ekspertizası işinə kömək göstərir.




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info