Azərbaycan təhsilinin strateji hədəfləri
Tarix: 17.12.2015 | Saat: 20:18:00 | E-mail | Çapa göndər


Təhsil Nazirliyi və Təhsil Problemləri İnstitutunun (TPİ) birgə təşkilatçılığı ilə “Azərbaycan təhsilində strateji hədəflər və pedaqoji elmlərin qarşısında duran vəzifələr” mövzusunda respublika elmi konfransı keçirilib. AZƏRTAC xəbər verir ki, əvvəlcə tədbir iştirakçıları kitab sərgisi ilə tanış olublar. Konfransı açan TPİ-nin direktoru, hüquq üzrə fəlsəfə doktoru Qulu Novruzov tədbirin əhəmiyyətindən söz açıb. Bildirib ki, tədbirin məqsədi Dövlət Strategiyasına əsasən pedaqoji elmlərin vəzifələrinin müəyyənləşdirilməsi, respublikada səriştə əsaslı nəticəyönümlü yeni təhsil məzmununun yaradılması məsələlərinin reallaşdırılması üçün konkret təkliflərin hazırlanmasıdır. Qeyd olunub ki, konfransa 126 məruzə mətni daxil olub. Təhsil nazirinin müavini Firudin Qurbanov, Milli Məclisin deputatı Bəxtiyar Əliyev, Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, AMEA-nın müxbir üzvü Yusif Məmmədov, Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov ölkəmizdə aparılan təhsil islahatlarından danışıblar, bu sahədə mövcud problemlərin həllinin vacibliyini vurğulayıblar. Sonra konfrans işini “Şəxsiyyətyönümlü təhsil: Şəxsiyyətin formalaşdırılmasının aktual problemləri”, “Təhsildə innovativ təlim metodları və texnologiyalarının tətbiqi”, “Pedaqoji kadr hazırlığı”, “Səmərəli təhsil modelinə əsaslanan standart və kurikulumların hazırlanması”, “Təhsilin idarə olunmasının aktual problemləri”, “Psixologiya və korreksiya pedaqogikası”, “Metodika: Fənlərin tədrisi” və “Məktəbəqədər təhsilin aktual problemləri” bölmələrində davam etdirib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
AXDG daha üç dənizçini beynəlxalq şirkətin gəmilərində təcrübəyə göndərir
20.09.2018
“Qanvermə aksiyalarının təşkili dini ənənələrə humanist bir töhfədir”
19.09.2018
Gəncənin Qazaxlar və Balabağman məscidləri təmir edilib
19.09.2018
Gəncədə iki yerdə qanvermə aksiyası keçiriləcək
19.09.2018
ADPU-da professor Faruk Faik Köprülünün məruzəsi dinlənilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info