“Sanki Yaqland Avropa Şurasının Azərbaycan üzrə baş katibidir”
Tarix: 17.12.2015 | Saat: 20:20:00 | E-mail | Çapa göndər


"Yanqlandın bu addımında onun Azərbaycana qarşı xüsusi "sevgi"si ortaya çıxır. Belə təəssürat yaranır ki, Yaqland Avropa Şurasının Azərbaycan üzrə baş katibidir".
Bunu “Trend”ə Milli Məclisin deputatı Aydın Mirzəzadə Avropa Şurasının baş katibi Torbyorn Yaqlandın Azərbaycanın Avropa İnsan Haqları Konvensiyasını necə yerinə yetirməsi ilə bağlı rəsmi araşdırmaya başlamasına münasibət bildirərkən deyib.
A.Mirzəzadə bildirib ki, T.Yaqlandın Avropa Şurasının prinsiplərinə zidd olaraq, vaxtaşırı Azərbaycanla bağlı münasibət bildirməsi, Azərbaycanı daim xüsusi nəzarətdə saxlaması və Azərbaycanın öhdəliklərini necə yerinə yetirməsi ilə bağlı xüsusi araşdırmaya başlaması baş katib səlahiyyətlərindən kənara çıxması deməkdir: “Baş katib Avropa Şurasının fəaliyyətini əlaqələndirən vəzifəli şəxsdir. Bu zaman təşkilatın bütün üzvlərinə qarşı eyni münasibət sərgilənməlidir. Yaqlandın son addımında isə biz bunu görə bilmirik. Azərbaycan Avropa Şurasına qəbul olunana qədər təşkilatın bir çox tələblərini yerinə yetirib. Azərbaycan Avropa Şurasına üzv olduqdan sonra öhdəliklərin yerinə yetirilməsi ilə bağlı monitorinq prosesindən keçir və hazırda da monitorinq prosesindədir".
O, qeyd edib ki, Azərbaycanın öhdəliklərini necə yerinə yetirməsi Avropa Şurası baş katibinin deyil, Azərbaycan üzrə həmməruzəçilərinin fəaliyyətidir: "Azərbaycan öhdəliklərinin yerinə yetirilməsinə dair fəaliyyəti barədə daim həmməruzəçilər qarşısında hesabat verir və hər hansı problem yaranmır”.
Millət vəkili qeyd edib ki, T.Yaqlandın Azərbaycanla bağlı xüsusi araşdırmaya başlamasının arxasında Azərbaycanı günahkar elan etmək, ölkəni Avropa Şurasının deyil, "Yaqland standartları"na uyğunlaşdırmaq cəhdləri görünür




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
Yaxın zamanlarda Slovakiyanın Azərbaycanda səfirliyinin açılması nəzərdə tutulur
13.11.2018
Monteneqroda Azərbaycanla bağlı sayt fəaliyyətə başlayıb
12.11.2018
Aİ nümayəndəsi: Azərbaycan yaxın zamanlarda insan kapitalının artırılmasına və inkişafına nail olacaq
12.11.2018
KİV-ləri Qərbdəki ayrı-ayrı qüvvələrin maraqlarına tabe etdirməyə çalışanlar...
12.11.2018
Lukaşenko: “Bizim qapılar Azərbaycan üçün açıqdır”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info