Universitet həyatımın rəngləri
Tarix: 17.12.2015 | Saat: 20:22:00 | E-mail | Çapa göndər


|

QU Maliyyə ixtisası tələbəsi

“Erasmus Mundus” Avropa Birliyi ölkələrindən birində 1-2 semetr və ya tam təhsil almaq imkanı verən mübadilə proqramıdır. Proqram ilə ilk tanışlığım daha əvvəl bu proqrama müraciət etmiş bir tələbə yoldaşım vasitəsi ilə oldu. Belə ki, həmin yoldaşımın bu proqram sayəsində əldə etdiyi təhsil, təcrübə, dünya görüşü və mənə etdiyi tövsiyyə məni bu proqrama müraciət etməyə sövq etdi. Bu proqramın ən gözəl tərəflərindən biri də bütün əməliyyatların online, yəni internet üzərindən olması, müsahibənin isə olmamasıdır. Nəhayət ki, müraciətimdən bir neçə ay sonra mən, proqrama qəbul olmağımla əlaqəli xəbər aldım. Qəbul olduğum universitet isə Ruminiyanın Babeş-Bolyai (Cluj-Napoca) Universiteti idi və təhsilimi 10 ay müddətində orada davam etdirdim.
Öncə məsələnin maddi tərəfi ilə başlamaq istərdim. Təhsil aldığınız müddətdə bütün yaşama, siğorta, viza, gediş və geri dönüş biletlərini özündə birləşdirən təqaüd paketinə sahib olursunuz və hansı ölkədə olmağınızdan asılı olmayaraq alacağınız təqaüd isə 1000 avro təşkil edəcək. Olduğunuz ölkənin iqtisadi vəziyyətini nəzərə alaraq, müəyyən zaman keçdikdən sonra pulunuzu idarə etmə bacarığına yiyələcəksiniz.
Həmin ölkəyə çatdığınız ilk andan etibarən, təxminən Sentyabr ayının əvvəllərinə uygun gəlir, tam fərqli bir mühitdə olduğunuzu dərk etməyiniz çox da uzun çəkməyəcək və “culture shock” terminini praktiki olaraq dərindən yaşayacaqsınız. Uyğunlaşma dönəmi bir az zaman ala bilər. Qonaq olduğunuz universitetin ən böyük üstünlüyü “qaib” limitinin olmamasıdır. Yəni, istədiyiniz leksiyada iştirak edə və ya sizə faydası olmayacağını düşündüyünüz dərsə qatılmaya da bilərsiniz. Ətrafınızdakı hər kəs dünyanın dörd bir tərəfindən gələn tələbələrdir və hər zaman beynəlxalq atmosferdə olacaqsız. Yeni insanlar, rəngli xarakterli dostlar, fərqli mədəniyyətlərdən yetişmiş tələbə yoldaşlar qazanacaqsınız. Bu vəziyyətdə isə siz nəinki ingilis dilini hətta digər dillərdə belə danışıq qabiliyyətinizi önəmli dərəcədə inkişaf etdirə bilmə şansı tapacaqsınız. Nəhayət ki, mənə görə bu təcrübənin ən yadda qalan tərəfi xeyli ölkəni səyahət etmək imkanı qazandırması, ordaki fərqliliklərlə tanış olma və Avropanı fəth etmə şansı verməsidir. Qısaca, Erasmus proqramı tələbələrin mübadilə əsasında təhsil proqramından daha çox səyahət, əylənmə, yeni dostluqlar və daha geniş dünya görüşü deməkdir.
Bu on ayın sonunda nələr qazandığımı soruşsanız, cavabım bu şəkildə olar: beynəlxalq dostluqlar, fərqli təhsil müvəffəqiyyəti, müxtəlif mədəniyyətlər təcrübəsi və diplomuma əlavə edə biləcəyim fərqli universitet transkripti. Mənə görə Erasmus tələbəsi olmaq hər bir tələbənin yaşamalı olduğu təcrübədir.




 
Müəllifin son yazıları

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info