«News.am»:”Xaricə gedən erməni məmurları üçün ən ucuz biletlər sifariş ediləcək”
Tarix: 17.12.2015 | Saat: 20:37:00 | E-mail | Çapa göndər


İqtisadi vəziyyətin gündən-günə pisləşməsi Ermənistan hökumətini bu addımı atmağa məcbur edib

Bir müddət bundan əvvəl erməni KİV-lərinə istinadən, təkcə 2015-ci ildə dövlət büdcəsindən məmurların xidməti avtomobilləri üçün 25 milyon dollar xərcləndiyi barədə məlumat yayılmışdı. Verilən məlumatlarda qeyd edilirdi ki, dövlət ölkənin bütün əyalətlərinin inkişafı üçün pul ayıracağına söz versə də, büdcəyə daxil olan pulların çoxu ölkənin paytaxtı İrəvana yönəldilirdi. Çünki, ölkənin əsas məmurları İrəvanda yaşayırlar. Onların biznesləri də ancaq İrəvandadır. Əyalətlərdə yaşayanlar isə Allahın ümidinə qalıblar. Onların sosial-iqtisadi vəziyyəti acınacaqlı olmaqla yanaşı, günü-gündən pisləşməkdədir. Əyalətlərdə inkişafdan heç bir söz gedə bilməz. Ölkənin bir çox region mərkəzlərində əhali qəzalı evlərdə səksəkə içində yaşayırlar. Onların vəziyyətdən çıxışla bağlı müraciətlərinə hökumət heç bir cavab vermir. Gecələr əyalətlərin nəinki kəndləri , hətta mərkəzləri də işıqlandırılmır. Verilən məlumata görə, elə 2016-cı ildə İrəvanın işıqlandırılmasına 19 milyon dollar ayırılsa da, əyalətlər bütün bu imtiyazlardan kənarda qalıblar. Bəlkə də elə bunun nəcicəsidir ki, rəsmi nformasiyaya görə, son 13 ildə “müstəqil” Ermənistanı 2 milyondan artıq əhali tərk edib.
Deyəsən, dövlət bundan sonra daha İrəvana da əvvəlki sərmayəni qoymaq iqtidarında deyil. Belə ki, bu məhdudiyyətlər erməni məmurlarına da tətbiq ediləcək. «News.am» saytı xəbər verir ki, Ermənistan hökuməti dövlət rəsmilərinin xarici ezamiyyəti üçün mərkəzləşdirilmiş bilet sifariş sistemi tətbiq etmək niyyətindədir. Bu barədə ədliyyə naziri David Harutyunyan dekabrın 17-də keçirilən hökumətin növbəti iclasında məlumat verib. O, bu təklifini başqa ölkələrin təcrübəsinə istinad edərək bəyan edib. Harutyunyan hökumət idarələrinin bütün işçilərinin bundan sonrakı səyahətləri üçün ən ucuz biletlər sifariş veriləcəyini bildirib .
Ədliyyə naziri bunun bütün dövlət rəsmilərinə aid ediləcəyini bildirib. Yalnız üçüş müddətinin 8 saatdan artıq olacağı halda, bəzi güzəştlərə baxılacağını, həmçinin Milli Təhlükəsizlik Şurasının üzvlərinə bu istisnnın şamil ediləcəyini bildirib.
Harutyunyan «ekonom-klass»ın xidmətindən yararlanmayan məmurun xərcinin dövlət büdcəsindən kompensasiya edilməyəcəyini xüsusi olaraq qeyd edib.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Seçkilər yaxınlaşdıqca Ermənistanda siyasi gərginlik artır
14.11.2018
Ermənistandakı bəzi siyasi qüvvələr parlament seçkilərində iştirakdan imtina edirlər
14.11.2018
Putin: “Rusiya müsəlman ölkələri ilə dostluq əlaqələrinin inkişafına böyük əhəmiyyət verir”
13.11.2018
Nazarbayev Asiyada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının yaradılmasını təklif edib
13.11.2018
NATO Avropa ordusuna qarşı çıxdı

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10477

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info