Putin “Türk axını” layihəsinin reallaşması üçün şərtləri açıqlayıb
Tarix: 18.12.2015 | Saat: 00:39:00 | E-mail | Çapa göndər


“Əgər Türkiyə Brüsseldən təminat ala bilsə, “Türk axını” qaz kəməri layihəsi həyata keçiriləcək”. Bunu dünən ənənəvi illik mətbuat konfransında Rusiya prezidenti Vladimir Putin deyib. “Avropa Komissiyası bizə yazılı təminat verməlidir ki, bütün marşrutlar, o cümlədən Türkiyə vasitəsi ilə Avropaya uzanacaq marşrutun reallaşdırılması mümkündür və prioritet təşkil edir. Eyni zamanda təminat verilməlidir ki, Avropa Komissiyası bu marşrutu dəstəkləyəcək.
Bax, əgər türkiyəli tərəfdaşlar “Qazprom”a Brüsseldən belə bir kağız gətirsələr, yolumuza davam edəcəyik. Lakin təəssüf ki, hələlik bu görünmür”, - deyə o vurğulayıb. Rusiyanın Türkiyə ilə onun üçün həssas olan məsələlər üzrə əməkdaşlıq etməyə hazır olduğunu deyən Putin bildirib ki, Ankaranın Suriya sərhədindəki maraqlarını mövcud əməkdaşlıq kanalları vasitəsi ilə müzakirə etmək üçün imkanları olsa da, bunu etməyib. “Nəyə lazım idi bunu etmək? Mən anlamıram. Bəlkə, onlar düşünürdülər ki, biz oradan qaçacağıq? Əlbəttə ki, yox. Rusiya o ölkələrdən deyil”. Rusiyanın Suriyada hərbi mövcudluğunun gücləndirildiyini deyən Putin artıq bu ölkədə S-400 hava hücumundan zenit-raket komplekslərinin yerləşdirildiyini bildirib.

“ABŞ-ın təşəbbüsü ilə hazırlanacaq qətnamə Suriya rəhbərliyini qane etməlidir”
Putin Suriya məsələsinə münasibət bildirərkən deyib ki, Rusiya rəhbərliyi nə etdiyini yaxşı bilir və bu barədə açıq danışır: “Suriyadakı müharibəni biz başlamamışıq. Orada ayrı-ayrı əməliyyatlar keçiririk”. Moskvanın Suriya prezidenti Bəşər Əsədlə bağlı mövqeyinə gəldikdə isə Putin bildirib ki, rəhbərlikdə kimin təmsil olunacağını yalnız ölkənin xalqı müəyyən etməlidir: “Heç vaxt razılaşa bilmərik ki, kimsə kənardan kimin rəhbərlik edəcəyini müəyyən etsin. Bu məsələ ilə bağlı ABŞ baş katibi ilə danışmışıq. Mövqeyimiz dəyişməyib, yalnız Suriya xalqı ölkə rəhbərinin kim olacağını müəyyən etməlidir. Ümumilikdə biz ABŞ-ın BMT Təhlükəsizlik Şurasının qətnaməsinin hazırlanması ilə bağlı təşəbbüsünü dəstəkləyirik”. Putin əlavə edib ki, sözügedən qətnamə Suriya rəhbərliyini də qane etməlidir. Çünki bu təklif Suriyadakı qanlı münaqişənin həlli üçün bir cəhddir. Rusiyanın Suriyadakı hərbi bazasına gəldikdə isə Putin məsələ ilə bağlı birmənalı cavab verməkdə çətinlik çəkib: “Orada bizə hərbi baza lazımdır ya yox bilmirəm. Əmin deyiləm ki, Suriyada hərbi bazaya gərək var. Kimisə tapmaq lazımdırsa, onsuz da tapacağıq”.

“Terror əleyhinə “İslam koalisiyası”nın antirusiya xarakterli olduğunu düşünmürəm”
Putin Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılan İslam koalisiyasının antirusiya xarakterli olduğunu düşünmədiyini deyib. Rusiya prezidenti qeyd edib ki, yeni koalisiyanın yaranması anlaşılan deyil: “Bir halda ki, ABŞ rəhbərliyi altında koalisiya qüvvələri mövcuddur və yeni alyansın tərkibindəki dövlətlərin əksəriyyəti, o cümlədən Səudiyyə Ərəbistanı orada yer alır, onda yeni alyansın yaranmasına ehtiyac anlaşılan deyil”. Bununla yanaşı, Putin məqsəd və məramından asılı olmayaraq terrorla mübarizədə birləşməyin vacibliyini önə çəkib.

“Qərb Saakaşvilini Ukraynaya göndərməklə göstərir ki, təkcə onu idarə etmir, həm də oraya onu idarə edən adamlar göndərir”
Rusiya dövlət başçısı Gürcüstanla viza rejimini ləğv etməyə hazır olduqlarını açıqlayıb. O, hazırkı Gürcüstan rəhbərliyinin davranışlarında münasibətlərin normallaşmasına dair əlamətlər görüdüyünü deyib: "2008-ci il hadisələrindən sonra bizim münasibətlərimizdə deqredasiya baş verdi. Bu hadisələrin baş verməsinin məsuliyyəti isə birbaşa o vaxtkı prezident Mixeil Saakaşvilinin üzərinə düşür. Məhz onun yol verdiyi avantüra nəticəsində vəziyyət bu yerə gəldi, Gürcüstan ərazilərinin bir hissəsini itirdi. Təsəvvür edin ki, indi həmin adam Odessanın qubernatoru vəzifəsindədir. Saakaşviliyə ABŞ-a işçi vizası vermədirlər, Ukraynaya göndərdilər ki, orada işləsin. O da hazırda orada aktiv fəaliyyət göstərir. Qərb bununla Ukraynaya göstərir ki, təkcə onu idarə etmir, həm də oraya onu idarə edən adamlar göndərir. Bu isə Ukrayna xalqının üzünə tüpürməkdir". Putin deyib ki, Cənubi Osetiya və Abxaziya ilə bağlı yaranmış məsələləri Gürcüstan onlarla danışıb razılığa gəlməlidir: "Biz istənilən razılaşmanı dəstəkləməyə hazırıq".

“Biz heç vaxt deməmişik ki, Ukraynada müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur”
Rusiya prezidenti mətbuat konfransında ukraynalı jurnalistin sualına belə cavab verib: “Biz heç vaxt deməmişik ki, Ukrayna ərazisində müəyyən hərbi məsələləri həll edən adamlarımız yoxdur. Lakin bu, o demək deyil ki, orada nizamlı Rusiya ordusu var”. Əsirlərin dəyişdirilməsi barədə suala cavab verən V. Putin bildirib ki, bu proses Kiyev və Donbas arasında “hamını hamıya” prinsipi əsasında həyata keçirilməlidir. Ukraynada həbs olunan rusiyalıları və Rusiyada həbsdə olan ukraynalıların dəyişdirilməsinə gəldikdə isə, V. Putin hesab edir ki, bu, bərabər səviyyəli olmalıdır. O, gələn il Ukrayna ilə iqtisadi əlaqələrin pisləşəcəyini də söyləyib. Qeyd edək ki, KİV işçiləri ilə birbaşa ünsiyyət 3 saatdan çox çəkib və Putin 32 jurnalistin suallarını cavablandırıb. Budəfəki konfransda iştirak etmək üçün rekord sayda - 1390 jurnalist akkreditasiya olunub.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Makron Consonu “Brexit“ üzrə mövqeyini dəqiqləşdirməyə çağırıb
20.10.2019
BŞBPİ: Əli Kərimli izahatı alındıqdan sonra buraxılıb
19.10.2019
“Gün işığının oğurlandığı” hər günə görə 1000 avro cərimə
19.10.2019
Bakıda Ümumdünya Çörək Gününə həsr olunmuş müsabiqə keçirilib
19.10.2019
Azərbaycan diplomatik xidmətinin 100 illiyi ilə əlaqədar Nur-Sultanda xiyaban açılıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info