“ABŞ Konqresi “İŞİD”-ə qarşı müharibə elan etməkdən qorxur”
Tarix: 18.12.2015 | Saat: 00:41:00 | E-mail | Çapa göndər


“Ekspertlər hesab edir ki, 2001-ci ildə qəbul edilən qanun ABŞ-a Suriya və ya İraqda “İŞİD”ə qarşı hərbi əməliyyatlar keçirmək hüququ vermir”

“ABŞ çoxdandır ki, “İŞİD”-ə qarşı mübarizə aparır, müxtəlif əməliyyatlarda iştirak edir. Amma Vaşinqtonda “İŞİD”-ə qarşı mübarizə haqqında qanun qəbul etməkdən çəkinirlər”. Bu fikirlər “Huffington Post” nəşrində çap edilən məqalədə yer alıb. Mett Fuller qeyd edib ki, ABŞ Konqresi “İŞİD”-ə qarşı müharibə elan etməkdən qorxur. Fuller hesab edir ki, ABŞ-ın terror təşkilatına qarşı müharibə elan etməsi, onlara qarşı hərbi güc tətbiq edilməsi ilə bağlı yeni qanun qəbul edilməlidir.

Amma konqresmenlər hesab edir ki, belə bir qanunun qəbul edilməsi həm siyasi, həm də hərbi baxımdan təhlükəlidir: “Amma konqresmenlərin bir çoxu bundan qorxur, bəziləri isə, ümumiyyətlə, kompromisə getməyə hazır deyillər. Konqres belə bir qanunu hələ 2013-cü ildə qəbul edə bilərdi. Həmin vaxt Barak Obama Bəşər Əsədin devrilməsi üçün Suriyada hərbi əməliyyatlar keçirməyə hazır olduqlarını demişdi. Amma sonradan Obama fikrindən daşındı və konqresmenlər də rahat nəfəs ala bildilər. Qanunverici orqan üzvlərindən heç kim qorxusundan belə bir qanunun müəllifi olmaq istəmir. Demokratlar Partiyasının Ohayo ştatından olan təmsilçisi Marşiya Fuc konqresdəki həmkarlarının bir çoxunu qorxaq adlandırıb: “Onlar qorxaqdırlar. Mən bu gün belə bir qanuna səs verməyə hazıram. Amma çoxları münasibət belə, bildirməkdən çəkinir. Onlar ancaq prezidenti tənqid etməyi, şikayətlənməyi bacarırlar, amma siyasəti yerindən tərpətmək istəmirlər. Onlar, sadəcə olaraq, qorxaqdırlar”. “Huffington Post” yazır ki, konqresmenlər bu qədər qorxmasaydılar, bu ilin fevral ayında belə bir qanun qəbul edə bilərdilər. Həmin vaxt Obamanın qərarı ilə ABŞ təyyarələri Suriyadakı “İŞİD” mövqelərini bombalamağa başladılar. Obama əmindir ki, 2001-ci ilin 11 sentyabr hadisələrindən sonra qəbul ediən qanuna əsasən o, Konqresin razılığı olmadan hərbi əməliyyatlarla bağlı qərar verə bilər. Amma ekspertlərin bir çoxu hesab edir ki, həmin qanun bu gün Suriya və ya İraqa “İŞİD”-ə qarşı hərbi əməliyyatlarla bağlı qərar vermək hüququ vermir. Bir çoxları hətta bunu konstitusiyaya zidd hesab edir. Demokratlar Partiyasının Floridadan olan təmsilçisi Alan Qreyson hesab edir ki, ABŞ aviasiyasının koalisiya tərkibində Suriyada əməliyyat keçirməsi konstitusiyaya ziddir. Onun fikrincə, Obama baş komandan kimi əməliyyatlarla bağlı qərar verə bilər. Amma bunu 2001-ci ildə qəbul edilən qanuna əsasən etmək qanunsuzdur. Fuller hesab edir ki, yaxın zamanda Konqresin belə bir qanun qəbul etməsi gözlənilmir. Lindsi Qrem, Con Makkeyn kimi senatorlar hesab edir ki, xaricdə əməliyyatlar keçirmək üçün hansısa qanuna ehtiyac yoxdur. Amma demokratlar və bəzi respublikaçılar hesab edir ki, 2001-ci ildə qəbul edilən qanun adekvat deyil.
Anar




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Donald Tramp: “Hillari Klinton ağlını itirib”
20.10.2019
Ya rədd olub gedəcəklər, ya da...
20.10.2019
Makron Suriya mövzusu ilә bağlı Әrdoğanla görüşәcәk
19.10.2019
ABŞ-ın Suriyada olmasının məqsədi bilinmir
19.10.2019
“Suriyadan ordunun çıxarılması strateji səhvdir“

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info