Ətir alarkən diqqətli olun
Tarix: 18.02.2013 | Saat: 21:08:00 | E-mail | Çapa göndər


Ətir müxtəlif qoxulu maddələrin spirtdə həll edilmiş qarışığıdır. Əvvəlcədən əldə edilmiş resept üzrə qarışıq hazırlanır. Daha sonra bu qarışıq ən keyfiyyətli az miqdarda su əlavə olunmuş spirtlə qarışdırılır. Ətir ona qarışdırılan spirtin miqdarına uyğun dəyərləndirilir. Spirt nə qədər az olarsa, ətir o qədər keyfiyyətli hesab olunur. Bundan başqa, ətirlərə qoxusunu uzun müddət saxlaması üçün də müəyyən maddələr, alındığı maddənin təbii çalarına uyğun rənglər qatılır.
Ətriyyat kosmetik mallara, həm də parfümer mayelər, ətir, tualet suyu, odekalonlar aiddir. Parfümer mayelərin tərkibi 20% təbii ətirli maddələrdən, 80% sintetik maddələrdən və müəyyən rəng vermək üçün rəngləyicilərdən ibarətdir. Bununla belə həmin mayelər dəridə və paltarda heç bir iz buraxmamalıdır. Ətriyyat mayelərinin ən əsas keyfiyyət göstəriciləri, onların iyinin uzun müddət qorunub saxlanmasıdır, çünki ətir iyi dərhal deyil, ondan istifadə edən insanın dərisi arasında təxminən 30-40 dəqiqə reaksiya getdikdən sonra hiss olunmalıdır.
Ətriyyat mayelərinin markalanması üçün etiketlərdən istifadə olunur.
Yadda saxlamaq lazımdır ki, bahalı və sevimli markadan olan ətirlər belə, xoşagəlməz qoxuya malik ola bilər və allergiyaya meyilli insanlarda əks reaksiya yarada bilər. Yerində yoxlamaq baxımından ətri flakonsuz almaq olar.
Ətir tutumu 65 ml-dən çox olmayan şüşə, farfor və ya keramik materiallı flakonlara qablaşdırılır. Flakonun ağzı şüşə, polietilen örtüklü şüşə, plastmas və yaxud da metaldan olan vintkəsikli başlıqlarla sıx bağlanır.
Ətir flakonları adi və bədii tərtibatlı futlyar və ya qutulara yerləşdirilirlər. Bəzən açıq halda, futlyar və qutusuz da olurlar. Belə olduqda onları kağıza büküb yanları tikmə formalı karton qutulara qablaşdırırlar.
Qablaşdırmada istifadə olunan rənglər və forma dizayner tərəfindən müəyyən olunur. Malın adı üz tərəfdəki etiketdə göstərilir, digər göstəricilər isə (malın qrup adı, istehsalçı ölkənin adı, istehsalçının hüquqi ünvanı, sertifikatlaşdırma haqqında informasiya, mayenin tərkibi, həcmi, malın standart göstəriciləri, istehsal olunduğu ay, il, saxlama müddəti, malın ştrix kodu) qablaşdırmanın üzərində yazıla bilər.
Markalanarkən flakona bədii tərtibatlı etiket yapışdırılır. Etiketin üz tərəfində məhsulun adı, əks tərəfində və ya futlyarda (əks tərəfində və ya dibində) əmtəə nişanı və ya istehsalçı müəssisənin adı və ya yeri, ünvanı, istehsal ayı və ili, standart nömrəsi və ya məhsulun keyfiyyət qrupu, ştrix-kodu qeyd olunur.
Ətir ticarət şəbəkələrinə üstü bağlı nəqliyyat vasitələrində daşınmalıdır.
Ətrin istifadə müddəti qutusu açılmamışlarda orta hesabla 3 il, açılmışlarda isə 6-18 aydır. Ona görə də böyük flakonlu ətir alarkən göstərilən müddətdə istifadə edilib-edilməyəcəyini düşünmək lazımdır. Lakin düzgün olmayan saxlama zamanı ətir daha tez müddətə keyfiyyətini itirə bilər. Onu əsasən isti, nəmişlik, gün və elektrik şüalarından qorumaq lazımdır. Şkaf və ya komodda saxlanması təhlükəsizlik baxımından əlverişlidir.
Satış məntəqələrindən alan zaman qablaşdırılmasına ciddi fikir verilməli, əzik, cızıq, qopma olmamalıdır. Markalanması diqqətlə oxunmalıdır. Ətir alan alıcıya həmin malların iyi ilə tanış olmaq üçün şərait yaradılmalıdır. Bunun üçün ətirli maye hopdurulmuş kağız parçaları və məsaməli materiallardan istifadə olunur. Əgər malın qablaşdırılması xüsusi örtük və ya lentlə bərkidilibsə, alıcıya onu açmaq və içərisində olanı yoxlamaq imkanı verilməlidir. Alıcı öz istəyi ilə bundan imtina edə bilər. Malın aerozol qablaşdırılması alıcının iştirakı ilə satıcı tərəfindən yoxlanılmalıdır. Əgər hansısa səbəbdən tələb olunan lazımi keyfiyyətlərə malik ətir alıcının xoşuna gəlməmişdirsə, alıcı bu malı başqa analoji malla dəyişdirə bilməz. Çünki parfümer-kosmetik mallar özünəməxsus keyfiyyətə malik olan qeyri-məişət malları siyahısına daxildir ki, bu mallar da başqa analoji malla dəyişdirilə və geri qaytarıla bilməz.
Təqdim etdi: İlkin AĞAYEV




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...
18.09.2018
Biləsuvar şəhərində 1176 şagird yerlik yeni ümumtəhsil məktəbi tikiləcək
18.09.2018
Məcburi köçkünlərin növbəti qəbulu keçirilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10119

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info