“Azərbaycan xarici ölkələrə dərman ixrac edə bilər...”
Tarix: 18.12.2015 | Saat: 00:43:00 | E-mail | Çapa göndər


Musa Quliyev: “Sahibkarların diqqətini dərman istehsal edən zavodların tikintisinə cəlb etmək üçün dövlət bəzi güzəştlər tətbiq
etməlidir”

İnsanların xəstəliklərini müalicə etmək üçün istifadə edilən farmakoloji vasitə olan dərman həm də onların sağlam olması, hətta ölüm təhlükəsindən belə xilas olmasında mühüm amildir. Dünyada dərman bazarı getdikcə daha da genişlənir, ənənəvi dərmanlarla yanaşı, yeni dərmanlar istehsal olunur. Ölkədə dərman bazarının tənzimlənməsi istiqamətində son vaxtlar bir sıra tədbirlər həyata keçirilir. Bu istiqamətdə dövlət başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar müəyyən addımlar atılıb. Belə ki, Səhiyyə Nazirliyinin də təmsil olunduğu Tarif Şurası tərəfindən dərman vasitələrinin qiymətlərinin tənzimlənməsi prosesi davam etdirilir. Tarif Şurasının 2015-ci il 28 oktyabr tarixində keçirilmiş iclasında daha 827 dərman vasitəsinin qiyməti təsdiqlənib. Ümumilikdə, indiyədək Şura tərəfindən 3010 dərman vasitəsinin qiyməti tənzimlənib. Beləliklə, indiyədək qiymətləri tənzimlənmiş dərman vasitələrinin satışda olan qiymətləri ilə müqayisədə 50%-nin qiyməti 2 dəfədən 26%-nin qiyməti 3 dəfədən çox aşağı salınıb, ümumilkdə 96%-nin qiymətləri endirilib.

Dərman istehsalı müəssisələrinin yaradılması nə verə bilər?

Bu gün dərman bazarında qarşıda duran məsələlərdən biri də ölkədə dərman istehsalı ilə məşğul olan müəssisələrin yaradılmasıdır. Hazırda bu istiqamətdə tədbirlərin vacib olduğunu dövlət qurumları, mütəxəssislər də təsdiq edirlər.
Qeyd edək ki, baş nazirin müavini Əli Əhmədov Azərbaycanda dərman istehsalının təşkil edilməsi və müvafiq qurumların yaranmasının gündəmdə olan məsələlərdən biri olduğunu bildirmişdi. Onun sözlərinə görə, bu yöndə addımlar atılacaq: “Təbiidir ki, Azərbaycanın dərman sektoru yalnız xaricdə istehsal olunan dərmanlar hesabına özünü təmin edə bilməz. Bu yöndə işlər aparılır və yaxın zamanlarda biz Azərbaycanda məxsusi dərman istehsal edən müəssisələrin yaradılmasına şahid olacağıq”.
Bu sahədə xarici ölkələr də ölkəmizlə iş birliyində maraqlıdırlar. Xatırladaq ki, Bakıda keçirilən Azərbaycan-Rusiya biznes-forumu zamanı Rusiya sənaye və ticarət nazirinin müavini Sergey Tsıb bildirmişdi ki, Azərbaycan və Rusiya müştərək müəssisələrin yaradılması üçün çalışmalıdır: “Bunlar xüsusilə Rusiya dərmanlarının Azərbaycan ərazisində istehsalı ilə məşğul olan müəssisələr olmalıdır".
Mütəxəssislərin fikirlərinə gəldikdə isə iqtisadçı Vüqar Bayramovun sözlərinə görə, Rusiyanın Azərbaycana marağının səbəblərindən biri də ölkəmizdə dərman istehsalı üçün kifayət qədər münbit xammal ehtiyatının olmasıdır: “Praktiki olaraq, Azərbaycanda dərman istehsalı təşkil ediləndə xammal baxımından təminatda hər hansı çətinlik olmayacaq. Dərman istehsalında istifadə edilən bir çox bitkilər, yod kimi təbii maddələr Azərbaycanda mövcuddur. Ölkədəki iqlim şəraiti buna imkan yaradır. Şübhəsiz ki, əgər dərman preparatları Azərbaycanda istehsal edilərsə, bu, satılan dərmanların qiymətinə də təsir etməlidir; yerli xammal hesabına istehsal edilən dərmanların qiyməti də mövcud qiymətlərdən ucuz olmalıdır. Dərman istehsalı birmənalı şəkildə qiymətlərin tənzimlənməsinə və aşağı düşməsinə səbəb olacaq. Azərbaycan bazara yerli dərman məhsullarını çıxarmaqla daha ucuz qiymətə dərmanlar təklif edə biləcək. İlkin qiymətləndirmə onu göstərir ki, əgər Azərbaycanda əsas dərman məhsulları üzrə istehsal təşkil olunarsa, bu, həmin məhsulların qiymətinin orta hesabla 30 faiz ucuzlaşmasına gətirib çıxaracaq”.

“Dərman istehsal edən zavodların tikilməsi ilə bağlı müzakirələr aparılır”
Azərbaycanda dərman istehsal edən zavodların tikilməsi ilə bağlı müzakirələr aparılır. Bunu dünən “Trend”ə açıqlamasında Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini, millət vəkili Musa Quliyev deyib. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hökumətdə artıq müzakirələr aparılır. Belə zavodların yaradılmasını təqdirəlayiq hal hesab edən M.Quliyev qeyd edib ki, Azərbaycan bu vasitə ilə xarici ölkələrə dərman ixrac edə bilər: “Eyni zamanda, dərmana verdiyimiz pulların əvəzinə onu özümüz satmaqla da valyuta qazana bilərik. Başqa bir müsbət cəhət isə ondan ibarətdir ki, Azərbaycanda çox zəngin dərman bitkiləri ehtiyatı var. Bu bitkiləri toplamaqla, bitki mənşəli dərmanları hazırlamaqla, həm kənd yerlərində məşğulluğu təmin edə bilərik, həm də bu təbii sərvətdən faydalı istifadə etmiş olarıq”. Bu cür zavodların tikintisi üçün Azərbaycanın kifayət qədər potensialının olduğunu deyən millət vəkili qeyd edib ki, sahibkarların diqqətini bu sahəyə cəlb etmək üçün dövlət bəzi güzəştlər tətbiq etməlidir: “Dövlət müəyyən güzəştlər tətbiq etməlidir ki, sahibkarın da sözügedən məsələyə marağı olsun. Birinci növbədə dərmanın xammalını gətirərkən gömrük rüsumundan azad olunmalıdır. Bu zavodlar işləyərkən isə bir neçə il onlara vergi güzəştləri tətbiq edilməlidir. Çünki bu, çox maliyyə tutumlu məsələdir".
Nigar Abdullayeva




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info