Qərbin “insan hüquqları” siyasəti iflasa uğrayır
Tarix: 18.12.2015 | Saat: 00:45:00 | E-mail | Çapa göndər


“Frankfurter Rundschau”: “Rusiya beynəlxalq qərarları saya almayacaq”
Ötən bazar günü Moskvada Rusya Konstitusiyasının müəlliflərindən biri Georgi Satarov saxlanılıb. Saxlanılma uzun çəkməyib: Polis sadəcə Satarovun da qatıldığı Kremlin liberal rəqiblərinin Konstitusiya Günü aksiyasını dağıtmaq istəyib. Alman qəzeti “Frankfurter Rundschau”nun diqqətini bu məsələ çəkib: “Bu hadisə göstərir ki, Satarov və digərlərinin 1993-cü ildə Rusiya Konstitusiyasına verdikləri töhfədən Rusiya gerçəkliyi nə qədər uzaqlaşıb. Bu Çərşənbə axşamı isə bu uzaqlaşma daha da dərinləşdi”.
Sonuncu cümlə ilə Rusiya prezidenti Vladimir Putin tərəfindən imzalanmış qanuna işarə edilib. Belə ki, bu qanuna görə, Rusiya faktiki olaraq beynəlxalq qurumların qərarlarını saya almaya bilər. Müəllif Kristian Eş qeyd edir ki, bundan sonra Rusiya Federasiyasının Konstitusiya Məhkəməsi həmin beynəlxalq qurumların verdikləri qərarların Rusiya Konstitusiyasına uyğunluğunu tanıyandan sonra o qərarlar icra ediləcək: “Bu qanun, ilk növbədə, Strasburqdakı Avropa İnsan Hüquqları Məhkəməsinə qarşı yönəlib. Halbuki, həmin qanunda Avropa İnsan Hüquqları Məhkəməsinin adı çəkilmir. Amma Rusiya Avropa Şurasının üzvüdür və İnsan Hüquqları Konvensiyasına imza atıb. Buna görə də faktiki olaraq Rusiya bu məhkəmənin qərarlarını icra etməyə borcludur. Bundan başqa, Strasburq məhkəməsi Rusiya dövlətinə qarşı külli miqdarda pul cərimələri kəsib. Məsələn, təkcə bir cərimənin məbləğinin böyüklüyünü qeyd edək. 2014-cü ildə Mixail Xodorkovskinin milliləşdirilmiş konserninə görə Strasburq Məhkəməsi Rusiyaya 1,9 milyard avro cərimə kəsib”.
O da qeyd edilir ki, bu qanunun praktikada nə göstərəcəyi hələlik bəlli deyil. Yazı müəllifi qeyd edir ki, Rusiya Konstitusiyası özündə - 15-ci maddədə beynəlxalq normalara əməl edilməsi qeyd edilir: “O da bəlli deyil ki, sözügedən qanunda konkret hansı beynəlxalq qurumların qərarları nəzərdə tutulur”.
Göründüyü kimi, yuxarıda qeyd edilənlər Rusiya qanunvericiliyində gedən proseslərə bir alman mediasının - Qərbi Avropa kütləvi informasiyasının baxışıdır. Bununla belə, yuxarıda qeyd edilənlərə bəzi məqamları əlavə etməyə dəyər. İlk növbədə, qeyd edək ki, dünya son zamanlarda Qərbdə formalaşan beynəlxalq qurumların, xarici təşkilatların ikili standartlarının şahidi olmaqdadır. Belə ki, bu cür qurumlar Qərbin hegemon güclərinin maraqlarından çıxış edirlər, obyektiv qərarlar qəbul etməkdənsə, həmin güclərin sifarişlərini yerinə yetirirlər. Məsələn, bu gün ABŞ özünə rəqib və ya düşmən saydığı ölkələrə qarşı əsas bəhanə kimi “insan hüquqları” amilindən yararlanmağa çalışır. Onun Şərqdəki dövlətlərə və digər rəqiblərinə qarşı həmişə əsasən bu amildən yararlanmağa çalışdığı ilə bağlı faktlar yetərincədir. Halbuki dəfələrlə bəlli olub ki, ABŞ-ın özündə insan hüquq və azadlıqları ilə bağlı ciddi problemlər var. Bu barədə ötən saylarımızda da dəfələrlə yazmışıq və qaradərililərin, ABŞ-ın əsl yerli sakinləri olan hinduların, latın amerikalıların, miqrantların hüquqları ilə bağlı ortaya çıxan faktları qeyd etmişik. Bununla belə, ABŞ “insan hüquqları” məsələsində digər dövlətlərə irad tutmaqda, sanksiyalar tətbiq etməkdə davam edir və bu məsələdə Avropa İnsan Hüquqları Məhkəməsi, o cümlədən digər “insan hüquqları” təşkilatları, həmçinin müxtəlif ölkələrdə formalaşdırdıqları “beşinci kolon”un “əməyindən” yararlanır. Bu cür situasiya isə Avropa İnsan Hüquqları Məhkəməsi kimi ciddi mövqe etibar edilmiş qurumların fəaliyyətinin müstəqil olmaması və müəyyən güclərə xidmət etməsi ilə bağlı qənaətləri daha da gücləndirir. Ona görə də istisna edilə bilməz ki, gələcəkdə digər dövlətlər də Rusiyada beynəlxalq qurumlarla bağlı qəbul edilmiş qanunlara uyğun qanunlar edə bilərlər.
Rasim Babalı




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Azərbaycanda startaplara 7 milyon manata qədər kredit ayrıla bilər
17.10.2019
Xəzər xaqanlığı dövründəki Türk birliyini, Türk ədalətini yenidən ortaya qoymaq lazımdır
17.10.2019
Erməni silahlıları atəşkəsi minaatanlarla pozdu
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info