Gənclər Fondu 8-ci qrant müsabiqəsini elan edib
Tarix: 18.12.2015 | Saat: 00:50:00 | E-mail | Çapa göndər


Müsabiqənin istiqamətləri sırasına dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlərin təşkili daxil edilib

Prezident yanında Gənclər Fondunun Müşahidə Şurasının iclası keçirilib. Gənclər Fondunun mətbuat xidmətindən verilən məlumata görə, iclasın gündəliyinə 8-ci qrant müsabiqəsinin elan edilməsi, fiziki şəxslərə beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi qaydalarına dəyişikliklərin edilməsi, Fondun fəaliyyətini tənzimləyən bir sıra normativ hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması
daxil edilib.

Müşahidə Şurasının sədri, Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsi müdirinin müavini Tahir Süleymanov 2012-2015-ci illərdə Fond tərəfindən keçirilmiş 7 müsabiqə çərçivəsində gənclər təşkilatlarının və 16-29 yaşlı fiziki şəxslərin 2333 layihəsinin dəstəkləndiyini, onların həyata keçirilməsi üçün 13,5 milyon manatdan artıq vəsaitin ayrıldığını bildirib. İclasda “A” kateqoriyası (yerli layihələr) üzrə 12, “B” kateqoriyası (beynəlxalq layihələr) üzrə 4, “C” kateqoriyası (fərdi layihələr) üzrə 13 istiqamət təsdiq edilib, layihələrin təqdim olunması üçün 1 ayadək müddət (18 dekabr 2015-ci il - 15 yanvar 2016-cı il) müəyyənləşdirilib. Müsabiqənin istiqamətləri sırasına dini radikallıq və ekstremizmə qarşı maarifləndirici tədbirlərin təşkili, internat və uşaq evləri məzunlarının, eləcə də penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş yeniyetmə və gənclərin sosial adaptasiyasına yardım, 2017-ci ildə Azərbaycanda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı təbliğat kampaniyasına ictimai dəstək və digər yeni mövzular əlavə edilib. İclasda “Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondu tərəfindən beynəlxalq tədbirlərdə iştirak qrantının verilməsi Qaydaları”na dəyişikliklərin layihəsi müzakirəyə çıxarılıb. Fondun icraçı direktoru Fərhad Hacıyev bildirib ki, bu qrantların 16-29 yaşlı tədqiqatçılara, ictimai fəal, istedadlı və yaradıcı gənclərə verilməsi nəzərdə tutulub. Dəyişikliyə əsasən eyni şəxs il ərzində Fonddan bir dəfə səfər qrantı ala bilər. Sənəddə göstərilir ki, Fond beynəlxalq tədbirdə iştirak üçün tələb olunan nəqliyyat və ya yaşayış xərclərindən yalnız birini ödəyə bilər. Fond qrantın təyinatı üzrə xərclənmədiyini, resipiyentin beynəlxalq tədbirdə iştirak etmədiyini və ya digər pozuntuları aşkar edərsə, onun maliyyə dəstəyi almaq imkanlarını 2 ilədək müddətə məhdudlaşdıra, dayandıra və ya Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun digər tədbirlər görə bilər. Sənəd Müşahidə Şurası tərəfindən təsdiq edilib.




 
Bölməyə aid digər xəbərlər
16.10.2019
İspaniya Kataloniyaya əlavə qüvvələr göndərir
16.10.2019
Prezident: Müasir dünyagörüşlü, müasir iqtisadiyyatı bilən, bilikli, gənc kadrlar işə cəlb edilməlidir
16.10.2019
Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
16.10.2019
Prezident: Vergini verməyən cinayət məsuliyyətinə cəlb edilməlidir
16.10.2019
Prezident Mayıl Əhmədovu “Əmək” ordeni ilə təltif edib

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info