Qubadakı “Günbəzli hamam” muzey kimi fəaliyyət göstərəcək
Tarix: 18.12.2015 | Saat: 00:55:00 | E-mail | Çapa göndər


Quba şəhərindəki XVIII-XIX əsrlərə aid olan “Günbəzli hamam” tarixi abidəsi bərpa olunduqdan sonra muzey kimi fəaliyyət göstərəcək. İki günbəz və 30-a yaxın otaqdan ibarət olan tarixi abidənin bərpası zamanı onun xarici görünüşündə dəyişiklik edilməyəcək.
Təmir və yenidənqurma işləri qədim hamamın daxilində aparılır. Bişmiş qırmızı kərpicdən tikilən hamam binasının bərpası zamanı köhnə dövrün memarlıq ənənələrindən istifadə edilir. Belə ki, bərpa zamanı sementi gil və əhəng kimi tikinti materialları əvəzləyəcək. Bununla yanaşı, təmir prosesində hamamın iç divarlarındakı müxtəlif naxış və ornamentlər də qorunub saxlanılacaq. “Günbəzli hamam”ın yenidən qurulması 2017-ci ilə kimi yekunlaşacaq. Bərpadan sonra muzey kimi fəaliyyət göstərəcək qədim hamam binasında müxtəlif sənətkarlıq nümunulərinin sərgisi təşkil ediləcək. Təmir-bərpa işləri Mədəniyyət və Turizm nazirliyi ilə birgə əməkdaşlıq çərçivəsində, ABŞ Dövlət Departamentinin Səfirlərin Mədəni İrsin Qorunması Fondunun maliyyə dəstəyi ilə həyata keçirilir. Xatırladaq ki, “Günbəzli hamam” Şərq memarlıq üslubunda tikilib. Böyük və kiçik olmaqla iki tağdan ibarətdir. Geniş salonu olan hamamın istilik sistemi odunla işləyib. Tarixi abidə özündə Azərbaycanda qırmızı bişmiş kərpicin erkən istifadə texnikasını nümayiş etdirir. 1985-ci ilədək əhalinin istifadəsində olan hamam Mədəniyyət və Turizm Nazirliyi tərəfindən tarixi abidə kimi qorunur.




 
Bölməyə aid digər xəbərlər
17.10.2019
Məşhur “Zoopark əhvalatı” əsəri səhnələşdirilir
16.10.2019
Müstəqillik Günü münasibəti ilə Heydər Əliyev Mərkəzinin parkında konsert olacaq
16.10.2019
“CinemaPlus”da “Joker” filmi ilə bağlı fləşmob keçirilib
16.10.2019
Bakı Ali Neft Məktəbinin tələbələrinin ifasında “O olmasın, bu olsun” operettası tamaşaya qoyulacaq
15.10.2019
Leyla Əliyevanın şeir yaradıcılığı türk poeziyasına yeni bədii ruh gətirəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Ağasəf Babayev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10917

1 Aşqabadda Azərbaycan və Türkmənistan prezidentlərinin görüşü olub
2 Bakıda Rus Kitab Evinin açılmasının 10 illik yubileyi qeyd olunub
3 Aşqabadda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilib
4 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“
5 Vasim Məmmədəliyev vəfat edib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info