Bədii gimnastika üzrə Azərbaycan birinciliyinə start verilib
Tarix: 18.12.2015 | Saat: 01:01:00 | E-mail | Çapa göndər


Dünən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi və bölgələrarası Kubok yarışlarına start verilib. Üç gün davam edəcək yarışda 160 gimnast iştirak edir.
Turnirdə Bakı Gimnastika Məktəbi, “Ocaq Sport”, “Neftçı”, “Spartak”, “Sərhədçi”, “Start”, Respublika Kompleks İdman Məktəbi, Hövsan Olimpiya İdman Kompleksinin idmançıları ilə yanaşı, Xırdalan, Sumqayıt, Şirvan, Qusar, Göyçay, Gəncə, İsmayıllı, Kürdəmir, Naxçıvan təmsilçiləri də məharətlərini nümayiş etdirirlər. Yarışların birinci günündə 2005-2007-ci il təvəllüdlü (balacalar) idmançılar mübarizə aparıblar. Bu kateqoriyada alətsiz, halqa və topla üç çıxışın cəmində çoxnövçülük üzrə ən güclü gimnastlar müəyyən ediləcək. Həmin yaş kateqoriyasında mübarizə aparacaq bədii gimnastlar isə yarışların ikinci günündə qrup hərəkətləri üzrə çıxış edəcəklər. Fərdi proqramda yarışlara isə 2003-2004-cü il təvəllüdlü yeniyetmə gimnastlar qatılacaqlar. Onlar ip, halqa, top və gürzlərlə hərəkətləri nümayiş etdirəcəklər. Turnirin sonuncu günündə - dekabrın 19-da yeniyetmələr (2000-2002-ci il təvəllüdlülər) ip, halqa, top və gürzlər, böyüklər (1999-cu il təvəllüdlü və daha yuxarı yaşlılar) isə halqa, top, gürzlər və lent ilə çıxışlarda qalib adı uğrunda yarışacaqlar. Yarışın sonuncu günü, həmçinin “balacalar”, “yeniyetmələr”, “gənclər” və “böyüklər” yaş qruplarına daxil olan region təmsilçiləri üçün də mühüm əhəmiyyət daşıyır. Onlar hər yaş kateqoriyasında ən güclü gimnastlara təqdim olunacaq bölgələrarası ikinci Kubok uğrunda mübarizə aparacaqlar. Birinciliyin sonuncu günündə bədii gimnastika həvəskarlarının idmanın bu növü üzrə milli komandamızın lideri, birinci Avropa Oyunlarının gümüş, bu il Avropa çempionatının bürünc mükafatçısı, Rio-de-Janeyro Olimpiya Oyunlarına lisenziya qazanan Marina Durundanın və ötən il yeniyetmələr arasında Avropa çempionatının ikiqat mükafatçısı Jalə Piriyevanın çıxışlarına baxmaq imkanı olacaq. Təqdim olunacaq nümunəvi çıxışlar zamanı tamaşaçılar Azərbaycanın qrup hərəkətləri komandasının yeni proqramını izləyəcəklər. İlin sonuncu yarışı konsert proqramı ilə başa çatacaq.






 
Bölməyə aid digər xəbərlər
23.07.2019
Norveçli atlet “EYOF 2019”un çoxnövçülük yarışının qalibi olub
23.07.2019
Rumıniyalı həndbolçular qələbə qazanaraq A qrupunda liderliyə yüksəliblər
23.07.2019
Böyük Britaniya üzgüçüləri qarışıq sərbəst ötüşmə yarışlarında çempion olub
23.07.2019
Səməd Məmmədli idman gimnastikasında finala çıxıb
23.07.2019
“EYOF Bakı 2019”: Yunan-Roma güləşçimiz Elmir Əliyev komandamızın beşinci qızıl medalını qazanıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Anar MİRİYEV
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10836

1 Pirdovus Abakarova: “İmtahan suallarının asan və ya çətin olması abituriyentin hazırlıq səviyyəsindən asılıdır”
2 Подготовка армянских «джавахкских» боевиков-сепаратистов против Грузии в оккупированным Карабахе уже идет полным ходом - FOTO
3 “Cənub bölgəsi Azərbaycanda ən çox turist qəbul edən bölgə olacaq”
4 “Rusiya Azərbaycanlıları İttifaqı gündəmə bəyanatla yox, əməli işlə gəlir”
5 Abituriyentlər, Azərbaycan Dövlət Pedaqoji Universitetini seçin!


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info