Tədqiqatçımız iki yüz mindən artıq elm adamı arasında 16-cı olub
Tarix: 18.02.2013 | Saat: 21:10:00 | E-mail | Çapa göndər


Qafqaz Universitetinin əməkdaşı SSRN reytinqinə görə iki yüz mindən artıq elm adamı arasında 16-cı yerdə olub. Bu barədə universitetin Mətbuat xidmətindən qəzetimizə məlumat verilib. Harvard Biznes Məktəbinin professoru Michael C.Jensenin rəhbərlik etdiyi European Corporate Governance Institute (London), Korea University (Seoul), Stanford Law School (California), University of Chicago Booth School of Business (Illinois)in təşkilati dəstək verdiyi SSRN (the Social Science Research Network) 1992-ci ildən etibarən fəaliyyət göstərən dünyanın ən populyar tədqiqat mərkəzlərindən sayılır.
Dünyadakı 1500 tədqiqat mərkəzinin reytinqini müəyyənləşdirən “webometrics” reytinqinə görə, SSRN 6 ildən artıqdır ki, hər il dünyanın ən reytinqli tədqiqat mərkəzi seçilib.
Hazırda SSRN bazasında dünyanın yüzdən çox ölkəsindən 220 minə yaxın elmi tədqiqatçının beş yüz minə yaxın məqaləsi yer almaqdadır. Eyni zamanda Harvard, Stanford, MİT, Oxford, London Biznes Məktəbi kimi dünyanın ən məşhur dörd yüzdən çox universitetlərinin və Dünya Bankı, BVF, EBRD kimi yüzdən çox beynəlxalq maliyyə təşkilatlarının bütün elmi nəşrləri istifadəçilərə bu bazada pulsuz olaraq təqdim edilir. SSRN bazasında yer alan məqalələr qurumun müxtəlif e-jurnallarına daxil edilir və bu məqalələrin yüklənmə və sitatgətirmə əmsallarına görə həm müəlliflərin, həm məqalələrin, həm də müəlliflərin təmsil etdikləri qurumların reytinqi müəyyənləşdirilir. SSRN-in 2013 ilin reytinqi Qafqaz Universiteti üçün uğurlu olub. Universitetin Maliyyə kafedrasının əməkdaşı Elçin Süleymanovun SSRN bazasına daxil edilən otuzdan çox məqaləsinin yüklənmə və sitatgətirmə göstəricilərinə görə hesablanan tədqiqatçı reytinqi sistemdə yer alan top 30 000 tədqiqatçı arasında 16-cı yerdə olub.
Qeyd edək ki, qırxa yaxın iqtisadiyyat üzrə Nobel mükafatçısının və dünyanın ən məşhur humanitar elmlər üzrə elm adamlarının yer aldığı bu siyahıda Elçin Süleymanov ilk yüzlükdə olan Amerika və Qərbi Avropa xaricində ilk tədqiqatçı olub. Əksəriyyəti Amerikanın məşhur universitetlərinin təmsilçiləri olan ilk yüzlükdə Amerika xaricində sadəcə İngiltərə, İspaniya, Kanada və Azərbaycanı təmsil edən tədqiqatçılar yer alıb. Bu, bazada yer alan Azərbaycanın iqtisadiyyatı ilə əlaqəli məqalələrə elmi ictimaiyyətin böyük diqqət göstərdiklərini sübut etməkdədir. Qeyd edək ki, bu elmi bazada Azərbaycanla əlaqədar 180 məqalə daxil edilib. Elçin Süleymanovun həmmüəllifi olduğu dörd kitabı və müxtəlif elmi jurnallarda və ondan çox xarici ölkədə keçirilən beynəlxalq konfransların nəşrlərində altmışdan çox elmi məqalə və tezisləri çap olunub. O, dünyanın 130 ölkəsindən müxtəlif universitetlərin tədqiqatçılarının daxil olduğu beynəlxalq “indexcopernicus” şəbəkəsinin, Nyu York Elmlər Akademiyasının, “World Academy of Science, Engineering and Technology”nin və “Academia” şəbəkəsinin uzvüdür. Altmışdan çox məqaləsi bu şəbəkələrə daxil edilib. Scientific Committee and Editorial Review Board on Social and Human Sciences, World Academy of Science, Engineering and Technology-nin üzvüdür. Bu göstəricilərə görə, bir neçə beynəlxalq konfransa xüsusi dəvətli mühazirəçi olaraq dəvət edilib və eyni zamanda beynəlxalq elmi jurnalların ekspert heyətinə daxil edilib. Universitetimizin əməkdaşının bu göstəricisi eyni zamanda Qafqaz Universitetinin SSRN Top 1,600 Entrepreneurship Research & Policy Network Organizations reytinqini yüksəldib. Belə ki, 2012 ci ildə 2250 yerdə olan Qafqaz Universiteti hazırda 338-ci yerə yüksəlib. Qeyd edək ki, Qafqaz Universiteti MDB məkanından ilk dördyüzlükdə olan yeganə universitet olub. Siyahıda ilk üçlükdə iyirmiyə yaxın iqtisadiyyat üzrə Nobel mükafatçısı çıxaran National Bureau of Economic Research (NBER), Harvard Universiteti və European Corporate Governance Institute (ECGI) yer almaqdadır.
İLKIN




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Mətbuat Şurası ilə AMEA Mərkəzi Elmi Kitabxanası memorandum imzalayıb
15.11.2018
Bakıda Dünya Diabet Gününə həsr olunmuş tədbir keçirilib
14.11.2018
“Bakcell”in baş icraçı direktoru Londonda rəqəmsal transformasiya haqqında danışıb
14.11.2018
“Dini maarifləndirmə işinin təşkili: gerçəkliklər və perspektivlər”
14.11.2018
Slovakiyalı qonaqlar Qobustan qoruğundan xoş təəssüratla ayrılıblar

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10474

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
3 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
4 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
5 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info