“Radikal dini qruplar öz istəklərinə nail ola bilməyəcək”
Tarix: 18.12.2015 | Saat: 01:04:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin təşkilatçılığı ilə “Gənclər dini radikalizm və ekstremizmə yox deyir” mövzusunda konfrans keçirib.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Azərbaycanda din-dövlət münasibətlərindən danışıb. M. Qurbanlı deyib ki, orta məktəblərdə dinlə bağlı xüsusi fənn tədris olunmayacaq.
Dövlət Komitəsinin sədri deyib ki, orta məktəblərdə “Həyat Bilgisi” dərsliyində dinlər barədə məlumat verilir: “O cümlədən ədəbiyyat və tarix dərslərində də bu barədə məlumatlar var. Belə bir fikir vardı ki, 10-cu sinifdə bir rüb ərzində dinlə bağlı dərs keçirilsin. Sonradan qərara alındı ki, bunun əvəzində həmin dərsliklərdə dinlə bağlı xüsusi olaraq, dində yaranmış müxtəlif cərəyanlar, radikal qruplar haqqında məlumatlar geniş şəkildə verilsin. Bu variant üzərində dayanılıb”. Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin Gənclərlə iş sektorunun müdiri Vüsal Quliyev bildirib ki, bəzi gənclər qara qüvvələrin əlində alət olur: “Təbliğat işlərində aktivlik nümayiş etdirilməlidir. Gənclərimiz tədris ocaqlarında yalnız təhsillə məşğul olmalıdır. Təhlükəli dini cərəyanların yayılması qadağandır, bu məsələdə ailə və tədris müəssisələrinin üzərinə mühüm vəzifə düşür. KİV-lər də bu işlərdən yaxalarını kənara çəkməməlidirlər. Azərbaycan gəncliyi vətənpərvər, dövlətçiliyinə sadiqdir. Azərbaycanda gənclərimizi öz niyyətləri üçün istifadə etməyə çalışan bəzi radikal dini qruplar öz istəklərinə nail ola bilməyəcəklər. Gənclərimizin dini ekstremizm və radikalizmə qarşı mübarizəsinə biz də dəstək veririk”. Millət vəkili Şahin İsmayılov deyib ki, Nardaranda birinci sinifə gedən qızların yalnız 10 faizi 11-ci sinifə qədər oxuyur: “Bu kimi halların aradan qaldırılması vacibdir”. Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, dini xurafata qarşı mübarizədə təhsil böyük önəm daşıyır: “Biz ilk növbədə azərbaycançı olmalıyıq. Müstəqillik bizə elə-belə verilməyib, şəhidlərimiz olub. Torpaqlarımızı da işğaldan sülh yolu ilə azad etməyə çalışırıq, bu olmayacaqsa, bu torpaqları da döyüşərək azad edəcəyik. Məni dövlətçiliyimizdən heç kim ayıra bilməz. Bu, aldığım təhsillə, Azərbaycanın zəngin mədəniyyəti və ənənələri ilə bağlıdır. Sabah Gənclər Fondu növbəti qrant müsabiqəsini elan edəcək. Bu müsabiqədə dini radikalizmlə mübarizə istiqaməti də yer alacaq”. Tədbir çıxışlarla davam edib.




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Naxçıvanda “Avropa günləri” keçiriləcək
20.09.2018
600-dən çox adam sahilyanı ərazini 5 ton tullantıdan təmizlədi
20.09.2018
Azərbaycanda dünyanın ilk kurqan arxeoparkı yaradılacaq
19.09.2018
Gənc ailələr üçün yeni imkan: “Aqrar məhəllə” yaradılır
19.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Ukraynada “Dünya azərbaycanlılarının palitrası” kitabının təqdimatı olub


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info