Ermənistanda keçirilmiş referendum Avropada kəskin tənqid olunub
Tarix: 18.12.2015 | Saat: 15:55:00 | E-mail | Çapa göndər


Avropa Parlamentinin “The Parliament” jurnalının son nömrəsində Sərhədsiz İnsan Hüquqları Təşkilatının direktoru Villi Fotrenin dekabrın 6-da Ermənistanda keçirilmiş referendumu sərt şəkildə tənqid edən məqaləsi dərc olunub.
Məqalədə bildirilir ki, ənənəvi olaraq seçkiləri izləmək üçün beynəlxalq təşkilatlar tərəfindən göndərilən müşahidəçilərin sayı çox az olub. Xüsusən qeyd olunmalıdır ki, ATƏT-in Demokratik Təsisatlar və İnsan Hüquqları Bürosu başqa hallarda, bir qayda olaraq, seçkilərə yüzlərlə müşahidəçi göndərməsinə baxmayaraq, bu qurum sözügedən referendumu izləmək üçün 4 ekspertlə kifayətlənib.
Oxucuların diqqətinə çatdırılır ki, Ermənistanda referendum ciddi qanun pozuntuları şəraitində keçirilib. Məsələn, Kasax kəndində 178 sakin bir mənzildə “qeydiyyatda olub”, həmçinin seçicilərin kütləvi şəkildə səsvermə məntəqələrinə daşınması, onlara təlimatların verilməsi və gizli səsvermə hüquqlarının pozulması, onların səslərinin korrupsiya yolu ilə alınması halları bir sıra müxalif partiyalar və QHT nümayəndələri tərəfindən qeydə alınıb.
Ermənistanın Mərkəzi Seçki Komissiyasının məlumatına görə, referendumda iştirak faizi minimum səviyyədən yalnız 0,5 faiz olub. Rəsmi məlumata görə, seçicilərin 63,35 faizi yeni konstitusiyanı dəstəkləyib, lakin bu nəticə səsvermə hüququ olanların yalnız 31 faizini təşkil edir.
Məqalədə qeyd edilir ki, referendumun ertəsi günü Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Moqerini Avropa İttifaqı ilə Ermənistan arasında yeni müqavilə üzrə danışıqların başlanması haqqında bəyanatla çıxış edib. Adətən Avropa İttifaqı başqa ölkələrdə keçirilən seçkilərlə bağlı tənqidi bəyanatlar yayır, lakin Ermənistandakı seçkilərlə bağlı Brüssel nədənsə bunu etmədi.
Qeyd edilir ki, səsvermə günü müşahidəçilər və xarici jurnalistlər ölkədə təhdid hallarının olması barədə məlumat yaydılar. ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç referendumu işıqlandıran erməni jurnalistlərinə qarşı təhdid halları ilə bağlı narahatlığını ifadə edib.
Fuad




 
Bölməyə aid digər xəbərlər
26.09.2018
Türkmənistanda elektrik enerjisi, qaz, su və duzdan pulsuz istifadə ləğv olunub
25.09.2018
“İrəvan meriyasına seçkilər yalan və riyakarlığın nümunəsidir”
25.09.2018
Yaxın Şərq böyük müharibə ərəfəsində
25.09.2018
Kvirikaşvili AYİB-in beynəlxalq məsləhətçisi olub
25.09.2018
TASS: Azərbaycan silah bazarında Rusiya Federasiyasının iri tərəfdaşıdır

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10147

1 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
2 Yalnızlıq qorxusu
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info