“Azərbaycan İran əlaqələri hər iki xalqın mənafeyi naminə inkişaf edir”
Tarix: 18.12.2015 | Saat: 16:40:00 | E-mail | Çapa göndər


“Prezident İlham Əliyevin 9 aprel 2014-cü ildə İran İslam Respublikasına və İİR-in prezidenti Həsən Ruhaninin 12-13 noyabr 2014-cü ildə Azərbaycana rəsmi səfərləri iki ölkə arasında münasibətlərin inkişafına mühüm təkan verib. Bu baxımdan 6 avqust 2014-cü ildə iki ölkə arasında iqtisadi, ticarət və humanitar sahələrdə əməkdaşlıq üzrə dövlətlərarası müştərək komissiyanın Bakı şəhərində keçirilmiş 9-cu iclası və 21-23 dekabr 2015-ci ildə Tehran şəhərində təşkil olunacaq növbəti 10-cu toplantısı xüsusi əhəmiyyət kəsb edir”.
Bunu Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib. O bildirib ki, Tehran şəhərində keçiriləcək iclasda iqtisadi-ticarət, neft-qaz, nəqliyyat, energetika, sənaye, səhiyyə, mədəniyyət, turizm, maliyyə, bank işləri, kənd-təsərrüfatı, standartlaşdırma, ətraf mühit, elm-tədqiqat, rabitə və informasiya texnologiyaları sahələrində əməkdaşlıq perspektivləri müzakirə ediləcək: “Azərbaycan və İran arasında əlaqələr qarşılıqlı faydalı əməkdaşlıq, bərabərhüquqluluq, bir-birinin daxili işlərinə qarışmamaq, dostluq və mehriban qonşuluq prinsiplərinə sadiq olaraq, hər iki ölkə xalqlarının mənafeyi naminə inkişaf edir”.

Fuad




 
Bölməyə aid digər xəbərlər
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb
20.09.2018
Ədliyyə orqanlarına qulluğa qəbul olunan gənclər and içiblər
20.09.2018
ƏƏSMN və Kiçik və Orta Biznesin İnkişafı Agentliyi arasında memorandum imzalanıb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10127

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info