“AtaBank”ın VİSA plastik kartları ilə ödəniş edin və hədiyyə qazanın
Tarix: 18.02.2013 | Saat: 21:12:00 | E-mail | Çapa göndər


“AtaBank” ASC və “VISA International” şirkəti “VISA kartı ilə ödəyin və təminatlı mükafat alın” adlı birgə promo kampaniyaya start verib. Bu barədə qəzetimizə “Ataholdinq”in İctimaiyyətlə əlaqələr sektorunun rəisi Dilarə Zamanova məlumat verib.
Kampaniya müddəti 3 ay davam edəcək: “Neptun” supermarketində 15 fevral 2013-cü il - 15 may 2013-cü ilədək. VISA kartı ilə hər dəfə alış-veriş edən hər kəs xüsusi hədiyyələr qazanacaq. Alış-verişin məbləği çox olduqca hədiyyənin dəyəri də artır. Bütün VISA kartları aksiyada istifadə oluna bilər. “AtaBank” ASC-nin keçirdiyi birgə aksiya VISA kartlarının istifadəsi zamanı rahatlığı, sürəti və sadəliyi dəyərləndirməyə imkan verəcək. VISA kartı ilə alış-veriş edərkən, hədiyyə qazan!
Visa kartla 01-20 AZN ödəndikdə, kart sahibləri promoterdən soyuducu üçün maqnit əldə edəcək. 21- 50 AZN ödəndikdə, ekoloji çantalar əldə edəcək.
51- 100 AZN ödəndikdə, brend çətir və ya termo-fincan əldə edəcək. 101 AZN və daha artıq dəyərində alış-veriş edənlər, üzərində Visa logosu olan cüzdan və ya USB əldə edəcək.
“AtaBank” ASC-nin 24 filialı fəaliyyət göstərir. Onlardan 12-i Bakı şəhərində, 10-u isə ölkənin Gəncə, Sumqayıt, Xaçmaz, Yevlax, Mingəçevir, Şəmkir, Göyçay, Şirvan, Naftalan və Lənkəran şəhərlərində yerləşir. 1 fevral 2013 il tərixinə bank tərəfindən quraşdırılmış POS-terminalların sayı 9279 ədəd təşkil edib.
Qeyd edək ki, 1993-cü ildən fəaliyyət göstərən "AtaBank" ASC Azərbaycanın ən böyük kommersiya strukturlarından biridir. Bu gün "AtaBank" yüksək texnologiyalı universal bank hesab edilir. Bank korporativ və fərdi müştərilərə tam xidmətlər spektrini təqdim edir.
"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər sosial şəbəkədə onun səhifəsini ziyarət edə bilərlər: www.facebook.com/ AtaBank
İLKIN





 
Bölməyə aid digər xəbərlər
24.09.2018
Bakıda ilk Beynəlxalq Elektron Ticarət Forumu keçirilir
24.09.2018
“AzerTelecom” “Türkmentel 2018” sərgisində iştirak edəcək
24.09.2018
Monqolustan Azərbaycan peykinin imkanlarından istifadə edə bilər - YENİLƏNİB
24.09.2018
“Bloomberg”: “Azərbaycan sürətlə populyarlaşan turizm istiqamətləri arasındadır”
24.09.2018
Əli Əhmədov: “Kənd təsərrüfatı ixrac potensialının daha da yüksəlməsinə öz töhfəsini verəcək”

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10137

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info