Yer kürəsinə ən yaxın planet tapıldı
Tarix: 18.12.2015 | Saat: 17:21:00 | E-mail | Çapa göndər


Avstraliyanın Yeni Cənub Uels universitetinin alimləri Yer kürəsinə ən yaxın yaşayış üçün potensialı olan planeti aşkar ediblər. Gizli planet Günəş sisteminə aid deyil və Yerdən təxminən 14 işıq ili məsafəsində yerləşir.
Tinni qrupunun elmi məqaləsi Astrophysical Journal Letters nəşrində dərc edilib.
Çəkisi Yerin çəkisindən 4 dəfə çox olan planet, “Wolf 1016” adlı qırmızı сırtdanın ətrafında fırlanan üç planetdən biridir.
“Bu son dərəcə maraqlı kəşfdir: hər üç planetin çəkisi kifayət qədər azdır, bu səbəbdən ehtimal var ki, onların bərk səthləri var”, - tədqiqatların rəhbəri Dunkan Rayt deyir. - “Wolf 1061c” adlı orta planet, “yaşayış zonası” adlanan yerdə yerləşir. Yəni bu planetdə suyun maye şəklində qalması üçün lazımi şərait var. Burada hətta həyat da mövcud ola bilər. Maraqlıdır ki, bu planetin valideyn ulduzu bizə çox yaxındır, demək olar ki qonşuyuq. Yəqin ki, biz bu planetdə həyatın inkişafını müşahidə edə biləcəyik”.
Baxmayaraq ki, bundan əvvəl valideyn ulduzları Günəş sisteminə daha yaxın olan planetlər aşkar edilib, onlar müşahidə üçün əlverişsiz sayılır.
Avstraliyalı alimlər tərəfindən kəşf edilən üç planet nisbətən kiçik və sabit ulduz ətrafında 5, 18 və 67 gün ərzində dövrə vururlar. Onların çəkiləri təxminən 1,4 4,3 və 5,2 dəfə Yerin çəkisindən çoxdur.
“Yaşayış zonası”nın sərhədində yerləşən planet də bərk səthə malikdir, lakin burada həyat üçün lazımi istilik yoxdur. Eyni zamanda, digər planet öz ulduzuna çox yaxındır və bu səbəbdən bu dünya da həyat üçün yararsızdır.
Qeyd edək ki, alimlər planetləri Çilidə La-Silyada rəsədxanasında 3,6 metrlik teleskopda HARPS spektroqrafı vasitəsi ilə ulduz sisteminin müşahidəsi zamanı kəşf ediblər.
Tədqiqatçılar bildiriblər ki, planetin Yer kürəsinə yaxın olması burada atmosferin tərkibini öyrənməyə yardımçı olacaq. Bu isə, öz növbəsində, onun həyat üçün yararlılı olub-olmasını müəyyən etməyə kömək edəcək.

Fuad




 
Bölməyə aid digər xəbərlər
05.12.2019
Qanlı bayram: Nepalda 100 min heyvan qurban kəsildi
05.12.2019
Alimlər göz qırpma zamanı ölçüsünü böyüdən linzalar yaradıblar
04.12.2019
ABŞ-da ilk dəfə meyitdən ürək köçürüldü
04.12.2019
Polis telefon operatoruna minlərlə dəfə zəng edən adamı saxladı
04.12.2019
Birləşmiş Krallıqda ilk dəfə qadın əsgərlər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Anar MİRİYEV
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11398

1 Məhərrəm Əliyevə general-polkovnik ali hərbi rütbəsi verildi
2 Səbinə Əliyeva ombudsman seçildi
3 SOCAR-ın yeni vitse-prezidenti kollektivə təqdim olunub
4 Prezident əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı sərəncam imzaladı
5 Elmar Qasımov 8 illik uğur sirlərini açıqladı


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info