“İŞİD” ən genişmiqyaslı hücum əməliyyatı keçirib
Tarix: 18.12.2015 | Saat: 17:22:00 | E-mail | Çapa göndər


“İŞİD” terrorçu qruplaşması İraqın şimalında son beş ayda kürd dəstələrinə (“Peşmərgə”) qarşı ən genişmiqyaslı hücum əməliyyatı keçirib.
TASS informasiya agentliyi xəbər verir ki, “İŞİD” qruplaşmasının yaraqlıları “Peşmərgə”nin komanda mərkəzinin yerləşdiyi Başika düşərgəsi yaxınlığındakı mövqelərə, həmçinin Nərvan və Təl-Əsvad yaşayış məntəqələrinə hücum ediblər. Hücum ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiyanın havadan dəstəyi ilə dəf olunub.
Pentaqonun iddiasına görə, hava zərbələri nəticəsində qruplaşmanın 180 üzvü məhv edilib, azı 100 terrorçu isə “Peşmərgə” tərəfindən öldürülüb. Kürd dəstələri də döyüşdə onlarla itki verib.
Xatırladaq ki, noyabr ayının ortalarında ABŞ Prezidenti Barak Obama “İŞİD” qruplaşmasının hücumlarının qarşısının alınmasına nail olunduğunu bildirmişdi. Onun fikrincə, qruplaşmanın İraqda mövqelərini möhkəmlətmək cəhdləri baş tutmayıb.
Fuad




 
Bölməyə aid digər xəbərlər
18.01.2020
Liviya milli neft korporasiyası fövqəladə vəziyyət elan edib
18.01.2020
Somalidə partlayış baş verib, ölən və yaralananlar var
18.01.2020
ABŞ hökuməti vətəndaşlarını İtaliyada ehtiyatlı olmağa çağırıb
18.01.2020
NATO ilk hava-yer müşahidə dronunu təqdim edib
17.01.2020
Fransa Yaxın şərqə aviadaşıyıcı göndərir

Şərh əlavə olunmayıb

    ,    
Fuad HÜSEYNZADƏ
Tural Tağıyev
Ağasəf Babayev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 11434

1 Mələk Səfərova “Caspi art 9” Uluslararası Sanat Yarışmasında “Grand Pri“ qazandı
2 “Azərbaycanla Avropa arasında körpü olmağı hədəfləyirik”
3 Vüsal Qasımlı: “Azərbaycan dünyanın ən islahatçı və sabit ölkələri sırasındadır”
4 Ermənilərin “Arsax” yalanı
5 Görkəmli neftçi-alim və geoloq, akademik Xoşbəxt Yusifzadənin 90 illik yubileyi münasibətilə mərasim keçirilib


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info