Abunəçilərdən nağd ödəniş qəbul edənlərə qarşı ciddi tədbir görüləcək
Tarix: 18.02.2013 | Saat: 21:14:00 | E-mail | Çapa göndər


“Azərsu” Açıq Səhmdar Cəmiyyətində su təchizatı və kanalizasiya sektorunda 2012-ci ilin yekunları və 2013-cü ildə qarşıda duran vəzifələrə həsr olunmuş geniş müşavirə keçirilib.
Müşavirəni giriş sözü ilə açan “Azərsu” ASC-nin sədri Q.Hüseynov bildirib ki, ümummilli lider Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən 2012-ci ildə həyata keçirilməsi nəticəsində Azərbaycan iqtisadiyyatı dinamik inkişaf edib, yeni infrastruktur layihələri həyata keçirilib, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Su təchizatı və kanalizasiya sektorunda görülən işlərə toxunan “Azərsu” ASC-nin sədri qeyd edib ki, dövlət başçısının diqqət və qayğısı sayəsində su təchizatı və kanalizasiya sektoru son 2 ildə yeni inkişaf dövrünə qədəm qoyub: “Dövlət başçısının əhalinin 24 saat fasiləsiz və keyfiyyətli içməli su il təmin olunması ilə bağlı tapşırıqlarına uyğun olaraq, 2012-ci ildə bu sahədə genişmiqyaslı tədbirlər həyata keçirilib. 23 şəhər və rayon mərkəzi, eləcə də 277 kənd və qəsəbə üzrə işlərə başlanılıb. Şirvan-Muğan Qrup su kəmərinin təməlinin qoyulması, Külüllü-Zərdab magistral su xəttinin açılışı ilin mühüm hadisələr kimi tarixə düşüb”.
Tədbirdə qeyd olunub ki, 2012-ci ildə 1400 km su, 630 km kanalizasiya xətləri çəkilib, 45 anbar və 5 ədəd nasos stansiyası tikilib, 35 ədəd artezian və subartezian quyuları qazılıb. Hesabat dövründə 20 minə qədəri smart-kart tipli olmaqla 64 min sayğac quraşdırılıb. 2012-ci ildə ölkə üzrə 370 min nəfər fasiləsiz içməli su ilə təmin olunmuş 400 mindən artıq vətəndaşın su təchizatı yaxşılaşıb.
“Azərsu” ASC-nin AzersuCİS layihəsinin Bentley Beynəlxalq Layihə Müsabiqəsində birinci yerə və Səhmdar Cəmiyyətin Böyük Britaniyanın Sertifikatlaşdırılmış Maliyyə Menecerləri İnstitutunun Beynəlxalq Maliyyə Hesabatları Standartlarına keçid istiqamətində ən yüksək mükafatına layiq görülməsinin də ilin mühüm uğurlarından olduğu vurğulanıb.
“Azərsu” ASC-nin sədri iclasa yekun vuraraq 2013-cü ildə görüləcək işlər və qarşıda duran vəzifələr barədə tapşırıqlar verib. 2013-cü ildə Bakı şəhəri və ətraf qəsəbələrdə, eləcə də regionlarda su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması istiqamətində işlərin sürətləndiriləcəyini deyən Səhmdar Cəmiyyətin sədri layihələrin icrasına mütəmadi nəzarət edilməli olduğunu diqqətə çatdırıb. Q. Hüseynov “Azərsu” ASC-nin yeni texnologiyalardan istifadəni prioritet seçdiyini xatırladaraq kadr hazırlığı istiqamətində təxirəsalınmaz tədbirlərin görülməli olduğunu vurğulayıb. “Azərsu” ASC-nin sədri su itkilərinin azaldılması məqsədi ilə abunəçilərlə işin təkmilləşdirilməsi, içməli sudan-qeyri-qanuni istifadə hallarının azaldılması, texniki və istismar sahəsində tədbirlərin görülməsi üzrə ciddi tapşırıqlar verib. Q.Hüseynov abunəçilərdən nağd ödəniş qəbul edən, eləcə də içməli sudan və kanalizasiya xidmətlərindən qeyri-qanuni istifadə hallarına laqeyd yanaşan əməkdaşlara qarşı ciddi tədbirlər görüləcəyini bildirib. “Azərsu” ASC-nin sədri istehlakçılara göstərilən xidmətin keyfiyyətinin artırılması, abunəçilərlə normal ünsiyyət və davranış qaydalarının təmin edilməli olduğunu qeyd edib. Q.Hüseynov 2013-ci ildə genişmiqyaslı tədbirlərin həyata keçiriləcəyini, bu sahədə Səhmdar Cəmiyyətin hər bir əməkdaşının üzərinə böyük məsuliyyət düşdüyünü diqqətə çatdırıb: “Bizim əsas məqsədimiz əhalinin daha böyük hissəsinə xidmət göstərmək, daha çox vətəndaşı keyfiyyətli və dayanıqlı içməli su ilə təmin etməkdir. Bu sahədə 2013-cü ildə daha çox işləməli olacağıq. Ümid edirəm ki, su təsərrüfatı işçiləri vəzifələrini şərəflə yerinə yetirərək möhtərəm Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətə öz töhfələrini verəcəklər”.
N.AbDULLAYEVA




 
Bölməyə aid digər xəbərlər
16.01.2019
Tibb müəssisələri tam hazır vəziyyətə gətirilib
16.01.2019
Azərbaycandan İrana qanunsuz keçmək istəyən sərhəd pozucusu saxlanılıb
16.01.2019
MTRŞ: “Televiziyalarda ciddi mövzuların müzakirə olunduğu proqramların qıtlığı var”
16.01.2019
Sürücü və sərnişinlərə xəbərdarlıq
16.01.2019
“Azərenerji” xüsusi rejimdə işləyəcək

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10562

1 Xocalı tarixi və mədəniyyəti
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
4 Azərbaycanın qonşu ölkələrlə əlaqələri yüksək səviyyədədir
5 Çingiz Bayramov: “Azərbaycan bölgənin inkişaf etmiş ölkəsinə çevrilib”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info