Mingəçevirdə gənclərin yaradıcılıq festivalı
Tarix: 18.12.2015 | Saat: 17:36:00 | E-mail | Çapa göndər


Gənclər üçün Təhsil Mərkəzi (GTM) Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi ilə Mingəçevir şəhərində “Qızıl Payız” gənclərin yaradıcılıq festivalı başlayıb.
Festivala Mingəçevir və ətraf regionlardan olan yüzlərlə istedadlı gənc, rəsmi şəxslər və mədəniyyət sahəsində çalışan insanlar qatılıb.
Festivalı giriş sözü ilə açan Mərkəzin Mingəçevir Regional Ofisinin rəhbəri Tural Kərimov bildirib ki, “Qızıl Payız”ın əsas məqsədi gənclərin yaradıcılıq bacarıqlarının üzə çıxarılmasına və artırılmasına kömək etmək, habelə uşaq və yeniyetmələrdə yaradıcılığa maraq oyatmaqdır. Gənclər üçün Təhsil Mərkəzi mütəmadi olaraq, müxtəlif regionlarda istedadlı uşaqların, yeniyetmə və gənclərin üzə çıxarılması üçün proqramlar reallaşdırır. Bu Festival isə bu günə kimi axtarışında olduğumuz və tapdığımız istedadlı gənclərin yaradıcılığının təqdimat mərasimidir. O, bildirib ki, Festival Mingəçevir şəhərindən öncə Gəncə şəhərində keçirilmiş, sabah isə Ağcabədi rayonunda gerçəkləşdiriləcək. Festivallara hazırlıq məqsədilə hər 3 regionda yaradıcılıq dərnəyi qurulub, festival iştirakçısı olmaq istəyən gənclər üçün zəruri olan musiqi avadanlıqları, rəsm və digər sahələr üzrə müvafiq materiallar yerləşdirilib, o cümlədən yaradıcılıq təlimləri keçirilib. Dərnəklər qismən yaradıcılıq qabiliyyəti olan yeniyetmə və gəncin öz bacarıqlarını inkişaf etdirmələri, özünü cəmiyyətə tanıtdırmaları və inkişaf etmiş yaradıcı insana çevrilmələri üçün imkanlar yaradıb. Dərnəklərdə gənclər yalnız yaradıcılıq sahəsində deyil, eyni zamanda özlərinin şəxsi inkişafları və təşəbbüskarlıqlarının artırılması üçün müxtəlif təlimlər keçib, oyun və müsabiqələrdə iştirak ediblər.
Daha sonra qonaq qismində iştirak edən Mingəçevir şəhər İcra Hakimiyyətinin məsul əməkdaşı və Gənclər və İdman İdarəsinin rəisi çıxış edib, Festivalın əhəmiyyəti, yaradıcı gənclərin üzə çıxarılması istiqamətində atılan addımlar və dövlətin bu sahədə əldə etdiyi nailiyyətlər barədə iştirakçıları məlumatlandırıblar. Onlar bu Festival vasitəsilə daha çox istedadlı gəncin meydana çıxmasına şərait yarandığını qeyd edərək bildiriblər ki, Mərkəzin bu təşəbbüsü regionda yaradıcı gənclərə böyük stimul verir və onları ruhlandırır.
Rəsmi çıxışlar bitdikdən sonra, səhnə yaradıcı gənclərin ixtiyarına verilib. Onlar yaradıcılığın müxtəlif sahələrində (teatr, rəssamlıq, musiqi, ədəbiyyat və s.) bacarıqlarını nümayiş etdirmiş, öz istedadlı çıxışları ilə qonaqların rəğbətini qazanıblar.
İlk növbədə yaradıcı gənclərin hazırladıqları əl işlərinə və rəsm əsərlərinə baxış keçirilmiş, qonaqların fikirləri öyrənilib. Festivalda yaradıcı gənclərin kiçik ixtiraları da nümayiş etdirilib. Daha sonra gənclərin teatr səhnələri, musiqi nömrələri təqdim olunmuş, rəqslər və digər yaradıcılıq nümunələri nümayiş etdirilib.
Festivalın sonunda iştirak edən hər bir gəncə xüsusi diplomlar təqdim edilmiş və onlar mükafatlandırılıblar.


İlkin




 
Bölməyə aid digər xəbərlər
18.09.2018
Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Qazaxda vətəndaşlarla görüşəcək
18.09.2018
“Ailə münaqişələrinə qarşı mübarizə mövzusunda tədbirlərin təşkili”
18.09.2018
Ağcabədi rayonunun Bilağan kəndinə təbii qaz verilib
17.09.2018
Baş prokuror Qubada vətəndaşları qəbul edəcək
17.09.2018
Heydər Əliyev Fondu tərəfindən inşa olunan yeni məktəb binası istifadəyə verilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10118

1 ADPU-nun rektoru yüksək balla qəbul olunan tələbələrlə görüşüb
2 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info