Dünyada internetin sürəti 14 faiz artıb
Tarix: 18.12.2015 | Saat: 17:40:00 | E-mail | Çapa göndər


Dünyada internetin iş sürəti 2015-ci ilin üçüncü rübündə illik hesablamada 14 faiz artaraq 5,1 Mbit/saniyə təşkil edib. Lakin bu o demək deyil ki, internet bərabər paylanmır. Hazırda istifadəçilərin yalnız 25 faizi genişzolaqlı internetə saniyədə 25 meqabit sürətlə daxil olmaq imkanına malikdir. Bu barədə internetin vəziyyəti ilə bağlı rüblük hesabatlar təqdim edən “Akamai” tədqiqat şirkətinin məlumatında deyilir.
Tədqiqatçılar dünya göstəricilərini yenidən nəzərdən keçirərək 126 ölkədə orta qoşulma sürətinin ötən illə müqayisədə artmasını aşkar ediblər. Bu göstərici Yaponiyada 0,2 faiz, Konqoda (orta qoşulma sürətinin ötən illə müqayisədə iki dəfədən çox artdığı yeganə ölkə) 147 faiz təşkil edib. On doqquz ölkədə tədqiqatçılar orta qoşulma sürətinin azalmasını (Namibiyada 0,6 faiz (1,8 Mbit/s-dək), Sudanda 64 faizədək (1,3 Mbit/s-dək) qeydə alıblar.
Dünyada internetin 4 Mbit/saniyə sürətində yükləmə ilə nüfuz etməsi il ərzində 9,8 faiz artaraq qoşulmaların 65 faizini təşkil edib. 2015-ci ildə yükləmə sürətinin 10 Mbit/saniyə və daha yüksək olduğu qoşulmaların sayı 19 faiz artıb və istifadəçilərin 27 faizinə bərabərdir. 15 Mbit/saniyə və daha yuxarı sürətlə internetə istifadəçilərin yalnız 15 faizi daxil olur.
Sürətin 25 Mbit/s və daha yuxarı təşkil etdiyi qoşulmaların sayı illik hesablamda 15 faiz artaraq 5,2 faiz qoşulmaya çatıb. Hazırda liderlər onluğuna daxil olan ölkələrin hamısında internetin sürəti ikirəqəmli hesablanır. Bununla yanaşı, yalnız Cənubi Koreyada hər beşinci internet istifadəçisi genişzolaqlı internetə çıxış imkanına malikdir.
Fuad




 
Bölməyə aid digər xəbərlər
20.10.2019
Dünyanın ən gözəl adaları
20.10.2019
Enişsiz ən uzun uçuş rekordu qeydə alındı
20.10.2019
Uçan avtomobillər yaxin gələcəkdə real ola bilər
20.10.2019
Bu tabutlar son illərin ən böyük tapıntıları oldu
19.10.2019
Turistlər övladlarını qatarda unutdu

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10923

1 Prezident: Gələn ilin büdcəsi həm sosial, həm investisiya yönümlü olmalıdır
2 Mitinqi yox, Türk Şurasının nailiyyətini təbliğ edin...
3 Vasim Məmmədəliyev vəfat edib
4 Gələn il əmək pensiyaları bir daha artırılacaq
5 “Xoşbəxtlikdən, Azərbaycanın qolu sayılmadı“


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info