M.Əsgərov: “Qəhrəman neftçilərin yolunu şərəflə davam etdirəcəyik”
Tarix: 18.12.2015 | Saat: 18:05:00 | E-mail | Çapa göndər


Mustafa Əsgərov Bakı Ali Neft Məktəbinin (BANM) Neft-Qaz mühəndisliyi ixtisası üzrə 3-cü kursda təhsil alır. Neftçi peşəsini seçən, həlak olan neftçilərin gələcəkdə davamçıları olmaq istəyən tələbələrdən biri də məhz Mustafa Əsgərovdur. Onunla bu mövzuda söhbətləşdik.

- BANM-də təhsil almağınız sizə nə verir? Ali məktəb gələcəyin mütəxəssisi kimi yetişməkdə həyatınızda nə kimi rol oynayır?
- BANM-də müasir bilik və bacarıqlara üstünlük verilir. Bu təhsil ocağında təhsil almaq bizim neft mütəxəssisi kimi yetişməyimiz üçün bir vasitədir. Bizim ali məktəbin ən böyük üstünlüklərindən biri də odur ki, biz burada təhsil aldığımız dövrdə həm praktiki, həm də nəzəri biliklərə yiyələnirik. Eyni zamanda, buradakı təhsil bizim biliyimizi artırmaqla bərabər, həm də dünyagörüşümüzü formalaşdırır. Bizim milli və mənəvi cəhətdən inkişafımıza böyük təsir edir. Düşünürəm ki, biz burada təhsil almaqla istəyimizə nail olacaq, neftçi mühəndis olmaq arzumuza çatacağıq.
- Sizin fikrinizcə, neft sahəsi üzrə oxumağınız sizin üçün hansı imkanlar, gələcək perspektivlər vəd edir?
- Azərbaycan tarixən neft ölkəsidir. Ölkəmizdə neft və qaz sahəsinin inkişafı üçün bacarıqlı mütəxəssislərə həmişə ehtiyac var. BANM-də təhsil almaqla ölkəmizə, xalqımıza xidmət etmək mənim əsas perspektiv arzumdur. Düşünürəm ki, neft sahəsi üzrə oxumaqla mən bu perspektivlərə nail olacağam, qarşımda geniş imkanlar açılacaq.
- Neftçi mühəndis əməyinin çətinliyi, bu peşənin zəhmət tələb edən bir sahə olması sizi qorxutmur ki?
- Neftçi mühəndis peşəsi zəhmət tələb edən, çətin bir peşə olmaqla yanaşı, həm də şərəfli peşədir. Ancaq insan öz işini, peşəsini sevirsə, bu peşənin çətinliyi insanı qorxutmur. Əksinə insan nəsli əsrlər boyu bütün çətinliklərə sinə gərərək qurub-yaratmaqla yaşayıb və inkişaf edib. Zəhmətsiz insan heç bir istəyinə, arzusuna nail ola bilməz.
- Gələcəyin neftçisi olmağa hazırsınızmı?
- Ölkəmizdə neft və qaz sahəsinin inkişafı üçün son illər çox böyük işlər görülüb. Bu sahədə qəza hadisələrinin baş verməməsi üçün əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydaları tətbiq olunur. Son qəza hadisəsində də əməyin mühafizəsi, təhlükəsizlik norma və qaydalarına tam əməl olunduğu, hadisə zamanı işçilərin təhlükəsiz qaydada təxliyyə olunması üçün lazımi tədbirlərin görüldüyü məlumdur. Dünyada hər il istehsalatda təbii fəlakət nəticəsində qəzalar, bədbəxt hadisələr baş verir və bunun nəticəsində insan tələfatları olur. Ancaq buna baxmayaraq, neftçi mühəndis üçün mətin və cəsur, soyuqqanlı olmaq üçün hazır olmaq, biliklərə yiyələnmək, fiziki və əqli cəhətdən inkişaf etmək həmişə vacibdir. Gələcəyin neftçisi kimi biz onların xatirəsini hər zaman əziz tutacağıq, həlak olan qəhrəman neftçilərin yolunu şərəflə davam etdirəcəyik.

Nigar




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10131

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info