ADNSU “Gənclik” mahnı və rəqs ansamblı - 50
Tarix: 18.12.2015 | Saat: 18:35:00 | E-mail | Çapa göndər


Dekabrın 21-də Dövlət Akademik Milli Dram Teatrında Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) “Gənclik” mahnı və rəqs ansamblının 50 illik yebileyinə həsr olunmuş konsert proqramı keçiriləcək. 50 yaşını qeyd edən ansamblımız böyük konsert proqramı ilə çıxış edəcək. Konsert Proqramına digər rəqs kollektivləri də qoşulacaq. Qonaqlar da öz rəqs nömrələri ilə ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblını təbrikə gələcəklər. Konsertdə Bakı Xorioqrafiya Akademiyası, “Azərbaycan Qartalları” ansamblı, Azərbaycan Mahnı və Dövlət Rəqs ansamblının çıxışları olacaq. Universitet rəhbərliyi, tələbə və əməkdaşlar konsertdə iştirak etməklə “rəqqas”tələbələrimizə dəstək verəcəklər. Azərbaycanın görkəmli sənət ustaları - xalq artistləri Roza Cəlilova, Təranə Muradova, əməkdar incəsənət xadimi Nailə Mirməmmədli, əməkdar artistlər Kamil Dadaşov, Fərhad Hümbətov və sair tanınmış sənət adamları və rəqqaslar ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının 50 illik yebileyində tələbələrimizlə bir arada olacaqlar.
ADNSU-nun “Gənclik” mahnı və rəqs ansamblının rəhbəri, əməkdar artist Sənan Hüseynov 50 yaşını qeyd edən ansamblın böyük bir yol keçdiyini önə çəkib. O, bildirib ki, ansambl son 6 ildə universitetlər arasında keçirilən yarışlarda həmişə 1-ci yeri qazanıb. Ansamblın bu uğurları sənət adamlarının diqqətini cəlb edib və bu gün də belə bir kollektivin yubileyində iştirak etməkdə maraqlı olduqlarını ifadə ediblər. 50 yaşlı ansamblın dünəninə nəzər salan S.Hüseynov bildirib ki, “Gənclik” mahnı və rəqs ansamblının 1965-ci ildən fəaliyyət göstərdiyi rəsmən qeyd olunsa da, dərnəklər formasında ilkin yaranma tarixi daha dərinə gedib çıxır.
“Bu gün artıq ansamblın repertuarında 20-yə yaxın rəqs var. Ansamblımız bu rəqs bölmələri ilə dünyanın bir çox ölkələrində konsert proqramları ilə çıxış edərək Azərbaycanı yüksək şəkildə tərənnüm edib. Artıq qarşıdan gələn il üçün bir sıra ölkələrə qastrol səfərlərimiz nəzərdə tutulur və həmin səfərlərə hazırlıq işləri gedir”.
S.Hüseynov bildirib ki, “Gənclik” mahnı və rəqs ansamblı bir çox xarici ölkələrdə qastrol səfərlərində olub. Belə ki, 2012-ci ildə Cənubi Koreyada 54 ölkənin iştirakı ilə keçirilən festivalda 17 günlük səfərində olan ansambl Azərbaycanı təmsil edən yeganə kollektiv kimi uğurlara imza atıb. Ansambl 2013-cü ildə Rusiyanın 3 şəhərinə - Nijni -Novqorod, Tatarıstanın paytaxtı Kazan, Moskva və Türkiyədə qastrol səfərində olub və son olaraq 2015-ci ildə Almaniyanın 2 şəhərində keçirilən festifvalda iştirak edib. 2016-cı ilin sentyabr ayında isə Amerikanın Koliforniya ştatının Los-Anceles şəhərində yenidən keçiriləcək dünya festivalına qatılacağı gözlənir. S.Hüseynov bildirib ki, ansambıl 2012-ci ildə həmin festifvalda uğurlu nəticə əldə etdiyi üçün o vaxtdan 4 ildən bir keçirilən bu festivala təkrar dəvət alıb. Hazırda ansambl həmin tədbirə də hazırlaşır.

S.Hüseynov hesab edir ki, tələbələrin qastrol səfərlərinə qatılması sadəcə bir rəqs yarışmasında iştirakçı olmaq deyil. ADNSU –nun “Gənclik” mahnı və rəqs ansamblı ilk növbədə Azərbaycanı, onun mədəniyyətini, folklorunu, gəncliyini təbliğ edir. Onun sözlərinə görə, ansamblın tələbələrdən ibarət özfəaliyyət kollektivi olması qastrollar zamanı onlara olan marağı daha da artırır. Bu, Azərbaycan mədəniyyətinin təbliği ilə yanaşı, həm də tələbələrin dünya görüşünün artmasına, başqa ölkələrin nümayəndələri ilə ünsiyyətin qurulmasına, mədəniyyətlər arasında diaoqun yaranmasına müsbət təsir göstərir. Bu, tələbələrə gələcəkdə həyatda düzgün mövqe tutmaları, özlərini ifadə etmələrinə böyük təkan verir.Bu gün “Gənclik” mahnı və rəqs ansamblında 50-yə yaxın tələbə, 7 nəfərdən ibarət musiqiçi heyət var. Kollektivdə olan xoş mühit bir çox tələbələrin universiteti bitirdikdən sonra da ansamblla əlaqələrini davam etdirmələrinə zəmin yaradır. “Elə tələbələr var ki, universiteti bitirsələr də bizimlə əlaqəni kəsmirlər. Bu bizim üçün çox gözəl bir haldır və uğurumuzdur”.
Tahirə Qafarlı




 
Bölməyə aid digər xəbərlər
20.09.2018
Qafqaz Müsəlmanları İdarəsində qanvermə aksiyası keçirilib
20.09.2018
İqtisadiyyat naziri Gəncədə vətəndaşları qəbul edəcək
20.09.2018
Arıçılıqla məşğul olan şəxslərə subsidiya veriləcək
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10123

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info