AMEA-nın ilk veb-müxbiri fəxri diplomla təltif olunub
Tarix: 18.12.2015 | Saat: 18:43:00 | E-mail | Çapa göndər


Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) İnformasiya Texnologiyaları İnstitutunda “www.science.az” saytının yaradılmasının 20 illik yubileyi münasibəti ilə AMEA-nın ilk veb-müxbiri Turan Rəhimova “AMEA-nın Fəxri Diplomu” ilə təltif olunub, xatirə hədiyyələri ilə mükafatlandırılıb. Turan Rəhimova 1982-ci ildə Bakı şəhərində anadan olub. 1998-2002-ci illərdə Azərbaycan Beynəlxalq Universitetində jurnalistika ixtisası üzrə bakalavr təhsili, 2004-2007-ci illərdə isə Bakı Avrasiya Universitetində beynəlxalq hüquq ixtisası üzrə magistratura təhsili alıb. O, 2004-cü ildən AMEA İnformasiya Texnologiyaları İnstitutunda jurnalist kimi əmək fəaliyyətinə başlayıb, “science.gov.az” veb-portalının ilk müxbiri olub, həmçinin “science.gov.az”, “ict.gov.az” veb saytlarına xəbər və informasiyaların toplanması, emal olunması, foto-şəkillərin çəkilməsi və dizayn olunması ilə məşğul olub. Qeyd edək ki, jurnalist T.Rəhimova hazırda AMEA-nın İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması idarəsinin Mətbuat orqanları şöbəsində rəis müavini vəzifəsində çalışır, "Elm və həyat" jurnalının məsul katibidir.




 
Bölməyə aid digər xəbərlər
20.01.2019
Sabahın hava proqnozu açıqlanıb
19.01.2019
Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda keçirilən mitinqlə bağlı məlumat yayıb
18.01.2019
“Bakcell” və “Hesab.az” avtomatik ödəniş funksiyasını təqdim edib
18.01.2019
“ASAN xidmət” müvafiq dövlət xidmətlərinin alternativsiz formada həyata keçirildiyi vahid məkana çevrilir
18.01.2019
20 yanvar günü bu küçələrdə hərəkət tam məhdudlaşdırılacaq

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 Ukraynada oxucuların rəğbətini qazanan azərbaycanlı yazıçı
2 Struktur dəyişiklikləri dövlət idarəçiliyinin təkmilləşdirilməsini nəzərdə tutur
3 Hüseyn Babayev AAF-ın vitse-prezidenti təyin edilib
4 Dərslər təxirə salındı
5 Nikola Sarkozi: “Bakıda böyük quruculuq işlərinin şahidi oldum”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info