“Kris Smit erməni diasporuna xidmət edir”
Tarix: 18.12.2015 | Saat: 18:44:00 | E-mail | Çapa göndər


ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini artıq Konqresə təqdim edib.
Bu qanun layihəsini konqresə təqdim edərək qəbul etdirmək istəyən Kris Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir.
Bununla bağlı “ASGA” Rusiya nümayəndəliyinin sədri Toğrul Allahverdili bildirib ki, 907-ci düzəlişi xatırlamaq yerinə düşər: “Həmin düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Bu düzəlişdə sözügedən Kris Smitin böyük rolu vardı. Həmin şəxs ermənilərlə dostluğunu etiraf etməkdən çəkinmir. Dost olduqları üçün sırf onların sifarişini yerinə yetirir.
Erməni diasporunun ən yaxın dostlarından olan Kris Smit ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır. Smit qondarma “soyqırım”ın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilin payına düşür. Bu və digər faktlara baxsaq, ermənilərlə Smit arasındakı əlaqələri aydın şəkildə görə bilərik”.
Nümayəndəlik rəhbəri bildirib ki, Kris Smit anlamalıdır, Azərbaycanla təziq yolu ilə danışmaq qəbul edilməzdir və Azərbaycanda “siyasi məhbus”lar adlandırdıqları şəxslər Azərbaycan qanunvericiliyinə əməl etməyən şəxslərdir.

Fuad




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Uşağın doğulmasına görə birdəfəlik müavinətin təyinatı avtomatlaşdırılacaq
23.01.2019
Gəncləri işə götürən sahibkarlara güzəştlər tətbiq ediləcək
23.01.2019
2019-cu il üçün əlillərlə bağlı proqram təsdiq edilib
23.01.2019
Naxçıvanda ailə təsərrüfatlarının inkişafı ilə bağlı Tədbirlər Planı təsdiqlənib
23.01.2019
AtaBank-ın əmək haqqı kart sahiblərinə şad xəbər

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10566

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 “Yenisafak.com”: “Star” NEZ “Ən yaxşı maliyyə layihəsi idarəçiliyi” mükafatına layiq görülüb”
4 Əli Abdalov Mehman Hüseynovla barışıb
5 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info