Mirhəsən Seyidov: “Kris Smit ermənipərəst siyasət yürüdür”
Tarix: 18.12.2015 | Saat: 18:48:00 | E-mail | Çapa göndər


ABŞ Helsinki Komissiyası Azərbaycana qarşı sanksiyaların tətbiq edilməsi barədə qanun layihəsini artıq Konqresə təqdim edib. “İrəli” İctimai Birliyinin sədri Mirhəsən Seyidov bizə bu barədə bildirib ki, bu qanun layihəsini konqresə təqdim edərək qəbul etdirmək istəyən Kris Smit ABŞ və Azərbaycan əlaqələrinə ciddi şəkildə zərər vurmaq niyyətindədir: “ 907-ci düzəlişi xatırlayaq. Həmin düzəliş 1992-ci ildə erməni lobbisinin təşəbbüsü ilə ABŞ Konqresi tərəfindən "Azadlığa Dəstək" Aktına qəbul edilən və Azərbaycana Amerikanın birbaşa dövlət yardımını yasaqlayan düzəlişdir. Bu düzəlişdə sözügedən Kris Smitin böyük rolu vardı.Həmin şəxs ermənilərlə dostluğunu etiraz etməkdən çəkinmir. Dost olduqları üçün sırf onların sifarişini yerinə yetirir.
Konqresmen Kris Smit ABŞ-ın “erməni soyqırımı”nı tanımasının ən aktiv tərəfdarlarındadır. Son 10 ildə Smit qondarma “soyqırım”ın tanınması ilə bağlı onlarla bəyanat səsləndirib ki, onlardan beşi yalnız bu ilin payına düşür. Bu kimi digər faktlara nəzər salsaq ermənilər və Kris Smit arasındakı güclü dostluq bağını aydın şəkildə görə bilərik. Kris Smit bilməlidir ki, Azərbaycanda siyasi məhbuslar Azərbaycan qanunvericiliyinə əməl etməyən şəxslərdir. Vətəndaş cəmiyyəti ilə intensiv dialoq nəticəsində Prezident yanında Əfv Komissiyası ölkə Prezidentinə bir sıra məhkumların əfv olunması ilə bağlı müraciət edib. Bir qədər əvvəl isə humanizm prinsipi əsas götürülərək səhhətində müəyyən problemlər olan bəzi məhkumların azad edilməsi ilə bağlı məhkəmələr humanist qərarlar qəbul edib. Belə olan halda ABŞ Konqresinin Helsinki Komitəsinin Azərbaycan hökumətinin bəzi nümayəndələrinə sanksiyaların tətbiq edilməsi barədə təşəbbüslə çıxış etməsi anlaşılan deyil.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda da vətəndaş cəmiyyəti institutlarının inkişafı dövrü başlayıb. Bu inkişaf heç də rahat başa gəlməyib.Keçmişə nəzər salsaq görərik ki, vətəndaş cəmiyyətinin qurulması prosesi Azərbaycan üçün demək olar ki, sıfırdan başlayıb. Üçüncü sektor təmsilçiləri öz inkişafında ən müxtəlif çətinliklərlə üzləşmələrinə baxmayaraq, vətəndaş cəmiyyəti institutları bu gün Azərbaycanda tərəqqi proseslərinin, novatorluğun, modernləşmə təşəbbüslərinin lokomotivi kimi qəbul edilirlər. Artıq vətəndaş cəmiyyəti institutları cəmiyyəti irəli aparmaq, dövlətin həyata keçirdiyi siyasətə, atdığı addımlara ən müxtəlif formada dəstək vermək potensialına malikdirlər”.

Qorqud





 
Bölməyə aid digər xəbərlər
25.09.2018
FAO-nun Romadakı baş ofisində “Azərbaycan otağı”nın açılışı olub
25.09.2018
Azərbaycan ilə ABŞ arasında ikitərəfli əməkdaşlığa dair fikir mübadiləsi aparılıb
25.09.2018
XİN:İşğal olunmuş ərazilərdə növbəti təxribatçı addım ağır fəsadlara yol aça bilər
25.09.2018
“Aksam.com.tr”: “Türk Aerokosmik Sənayesi Azərbaycanla əməkdaşlıq etməyə hazırlaşır”
25.09.2018
Müdafiə Sənayesi Nazirliyi “ADEX-2018”də 270-dən çox məmulat nümayiş etdirir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10145

1 Yalnızlıq qorxusu
2 “Vətən uzaqda deyil” telelayihəsi dünya azərbaycanlılarının sevincinə səbəb olub
3 “Azərbaycanda xalq yaradıcılığına maraq artıb”
4 Cəfər Cəfərov: “Hər bir ölkənin gələcəyi yüksək səviyyəli kadrlardan asılıdır”
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info