Nardaranlılara kompensasiya veriləcək
Tarix: 18.12.2015 | Saat: 19:02:00 | E-mail | Çapa göndər


Nardaran qəsəbəsində yolların genişləndirilməsi ilə əlaqədar söküntü ərazisinə düşən mülkiyyət sahiblərinə kompensasiyalar veriləcək. Bunu "Azəryolservis" Açıq Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli deyib.
Onun sözlərinə görə, hazırda bununla bağlı sənədlər toplanılır. A.Nəcəfli qeyd edib ki, bütün sənədlər toplanandan sonra aidiyyatı qurumlara təhvil veriləcək: “Bütün işlər qanunvericiliyə uyğun aparılır. Sənədləşdirmə işləri Sabunçu Rayon İcra Hakimiyyəti və "Azəryolservis" Açıq Səhmdar Cəmiyyəti tərəfindən həyata keçirilir. Sənədləşdirmə zamanı mülkiyyətləri genişləndirilən yolun ərazisinə düşən əmlak sahibləri sözügedən məsələlərlə bağlı məlumatlandırılır”.
Kompensasiyanın tənzimlənmə mexanizmindən danışan A.Nəcəfli vurğulayıb ki, Maliyyə Nazirliyi tərəfindən hər bir mülkiyyətçinin adına bank hesabı açılır: “Vəsait bank hesabına qoyulur. Alqı-satqı prosesindən sonra vəsait mülkiyyətçinin bank hesabına ödənilir. Sənədləşdirmə prosesi notarial qaydada aparılır".
Fuad




 
Bölməyə aid digər xəbərlər
17.06.2019
Dəniz nəqliyyatı ilə 292 milyon dollarlıq yük daşınıb
17.06.2019
“Bursagaz” və “Kayserigaz”ın SOCAR Türkiyəyə təhvil-təslimi başa çatdı
17.06.2019
Azərbaycanda 1 milyon tona yaxın taxıl yığılıb
17.06.2019
Azərbaycandan 131,1 min ton kimya sənayesi məhsulları ixrac edilib
17.06.2019
Azərbaycan daha 400 avtomobil üçün sifariş alıb

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Fuad HÜSEYNZADƏ
Esmira Məmmədova
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10806

1 “Aa.com.tr”: “2020-ci ilə qədər Azərbaycan qazının Avropa bazarlarına çatması gözlənilir”
2 Rufiz Qonaqov: Xəzəryanı ölkələrin xalqları arasında dostluq və əməkdaşlıq platformaları əhəmiyyətlidir
3 Ermənilərin təyyarəmizi vurmaq cəhdi uğursuzluqla nəticələnib - VİDEO
4 Bakı Atatürk Liseyində məzun günü münasibəti ilə tədbir keçirilib
5 Çilidə güclü zəlzələ olub


© Copyright 1999-2019 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Xətai rayonu, M.Mehdizadə-5, giriş 2
Tel/Fax.: (+99412) 489 08 53
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info