“Heydər Əliyev Fondu insanları xeyirxahlıq bayrağı altında birləşdirir”
Tarix: 18.12.2015 | Saat: 19:37:00 | E-mail | Çapa göndər


“Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi ənənəyə görə ildə bir dəfə Moskvadakı “Baku” kinoteatrında sizin üçün yolka bayramı təşkil edir. Gəlin hamımız Heydər Əliyev Fonduna təşəkkürümüzü bildirək və Fondun vitse-prezidenti, uşaqları çox sevən və onlar üçün çox iş görən Leyla Əliyevaya salamlarımızı göndərək”.
Rusiyanın Əməkdar Artisti, teatr və kino aktyoru, “Ostankino” Uşaq Akademiyasının emalatxana rəhbəri Aleksandr Oleşko bu sözləri “Baku” kinoteatrında yetim və valideyn himayəsindən məhrum uşaqlar üçün Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyi tərəfindən Ümumrusiya Azərbaycanlılar Konqresi (ÜAK) ilə birlikdə təşkil edilmiş Yeni il bayramında uşaqlara müraciətlə söyləyib.
Bayrama 500-dən çox uşaq – general Kərim Kərimov adına 1583 nömrəli gimnaziyanın və 1331 nömrəli gürcü etnomədəni təmayüllü məktəbin şagirdləri, RF paytaxtındakı uşaq evlərində tərbiyə alan balacalar gəlmişdi.
Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyinin əməkdaşı Ayan Həsənova deyib: “Biz Yeni il bayramına xüsusi hazırlaşırıq. Uşaqlara sehirli və heyrətamiz nağıl dünyası bəxş etmək bizi həmişə sevindirir. Hər il təcrübəli artistləri dəvət edir, tədbirin ssenarisini və xüsusi effektləri hərtərəfli götür-qoy edirik. Bütün bu işlər Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyevanın ciddi nəzarəti altında keçirilir”.
Həmin gün peşəkar animatorlar “Akva-qrim”, “Bacarıqlı əllər dərnəyi”, Şaxta Baba, Qar Qız və Küpəgirən qarının iştirakı ilə “Yolka ətrafında”, “Sabun qovuqları şousu”, “Şokoladlı fontan”, “Fototeatr” attraksionu və başqa interaktiv proqramlarla uşaqları sevindiriblər. Hətta ən balaca iştirakçılar da şövqlə rəqs edirlər.
Bayram şənliyi çərçivəsində Yeni ilə həsr edilmiş pryanik və açıqcalarını rənglənməsi üzrə ustad dərsləri də təşkil edilmişdi. Sonra uşaqlar, valideynlər, müəllimlər və tərbiyəçilər kinoteatrın tamaşa zalına daxil oldular. Burada tamaşaçıların sevimlisi Aleksandr Oleşko balacaları və onların valideynlərini qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi, öz repertuarından məşhur uşaq mahnılarını ifa etdi.
S.Obraztsov adına Moskva Akademik Kukla Teatrının artistləri tərəfindən hazırlanmış “Morozko” kukla tamaşası xüsusi maraqla qarşılandı.
Bayrama gəlmiş uşaqların hamısına ənənəvi Yeni il hədiyyələri paylandı.
Konsertdən sonra RF Əməkdar Artisti Aleksandr Oleşko AZƏRTAC-a müsahibə verib. Heydər Əliyev Fondunun xeyriyyəçilik fəaliyyəti ilə yaxşı tanış olduğunu bildirən A.Oleşko deyib: “Heydər Əliyev Fondu çox xeyirxah işlər görür, xeyriyyə layihələri həyata keçirir. Mən özüm də belə tədbirlərin bir neçəsində iştirak etmişəm və çox şadam ki, xeyirxah işlər görülməsinə adi bir insan və artist kimi, imkan daxilində töhfə vermişəm. Heydər Əliyev Fondu insanları xeyirxahlıq bayrağı altında birləşdirir, dünyamızı daha səmimi edir”.
Fuad




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Nazirlik 23 nömrəli orta məktəbdə robot texnika laboratoriyası yaratdı
16.11.2018
“Hüquqi dövlət quruculuğunda məhkəmə-KİV münasibətlərinin inkişafı vacibdir”
16.11.2018
Milli mənəvi dəyərlərin qorunub saxlanılmasında medianın rolu
16.11.2018
Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə 100 min ağac əkiləcək
16.11.2018
Ramiz Rzayev: “Azərbaycanda ağır cinayətlərin sayı azalıb”

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info