Gürcüstanlı tələbələr təhsillərini NDU-da davam etdirəcəklər
Tarix: 18.02.2013 | Saat: 21:22:00 | E-mail | Çapa göndər


Naxçıvan Dövlət Universitetində Boloniya sisteminin tam tətbiqi məqsədilə tələbə mobilliyini artırmaq, tələbə mübadiləsi yolu ilə onların dünyanın başqa ali məktəblərində təhsil almalarını, digər universitetlərin tələbələrinin buraya cəlb olunmasını təmin etmək istiqamətində əhəmiyyətli addımlar atılmaqdadır.
Elə Gürcüstanın Acarıstan Muxtar Respublikasında yerləşən Şota Rustaveli adına Batumi Dövlət Universiteti ilə əlaqələr də məhz bu istiqamətdə inkişaf etməkdədir. Bugünlərdə Batumi Dövlət Universitetinin 4 nəfər tələbəsi onları müşayiət edən müəllimləri ilə birgə 2012-2013-cü ilin II semestri ərzində təhsillərini Naxçıvan Dövlət Universitetində davam etdirmək üçün Naxçıvana gəliblər. Universitetin rektoru, akademik İsa Həbibbəyli qonaqları salamlayaraq xatırladıb ki, 2012-ci ilin iyun ayında Acarıstan nümayəndə heyətinin Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində iki universitet arasında elm, təhsil, mədəniyyət və idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb. Qurulan faydalı əməkdaşlığın davamı kimi Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, fransız dili müəlllimliyi, ingilis dili müəllimliyi, alman dili müəllimliyi ixtisasları üzrə 4 nəfər bakalavr 2012-2013-cü tədris ilinin I semestri ərzində təhsillərini Acarıstan Muxtar Respublikasının Şota Rustaveli adına Batumi Dövlət Universitetində davam etdirib, universitetin Həmkarlar İttifaqının sədri, tarix elmləri doktoru Həmzə Cəfərovun rəhbərliyi ilə Sosial idarəetmə və turizm kafedrasının müdiri Hafiz Hüseynov, Tarix-filologiya, Sosial-idarəetmə və hüquq, Təbiətşünaslıq və kənd təsərrüfatı fakültələrinin tələbələrindən ibarət 13 nəfərlik nümayəndə heyətinin yay istehsalat təcrübəsi ilə bağlı Batumi Dövlət Universitetinə səfəri uğurlu keçib. Elmi əməkdaşlıq sahəsində də mühüm işlər görülüb, universitet əməkdaşları bir sıra beynəlxalq konfrans və simpoziumlarda birgə iştirak ediblər. Rektor əlaqələrin daha da möhkəmlənməsi və inkişafı istiqamətində görüləcək işlərdən bəhs edib, gürcüstanlı tələbələrin universitetdə təhsil almaları üçün hərtərəfli şərait yaradıldığını bildirib. Tədbirdə Batumi Dövlət Universitetinin əməkdaşı, filologiya elmləri doktoru, professor Lile Tandilava, universitetin Beynəlxalq əlaqələr şöbəsinin müdiri Tamara Maqutadze, bir semestr ərzində təhsillərini Batumi Dövlət Universitetində davam etdirən tələbələr adından Naxçıvan Dövlət Universitetinin Beynəlxalq münasibətlər və xarici dillər fakültəsinin fransız dili ixtisası üzrə II kurs tələbəsi Fətəlixan Hüseynli birgə əməkdaşlığın ölkələrarası münasibətlərin inkişafındakı rolundan, tələbə mübadiləsinin əhəmiyyətindən danışıblar. Qonaqlar Naxçıvan Muxtar Respublikası və Naxçıvan Dövlət Universiteti ilə yaxından tanış olublar.
Mehriban SULTAN
NDU-nun Mətbuat
şöbəsinin müdiri




 
Bölməyə aid digər xəbərlər
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var
14.11.2018
Bələdiyyə loqo müsabiqəsi elan edib

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10481

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Gedir dayanmadan zamanın köçü”
4 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info