Gənc alimimiz Polşada elmi konfrans keçirib
Tarix: 18.12.2015 | Saat: 21:42:00 | E-mail | Çapa göndər


Polşanın Varşava Təbiət Elmləri Universitetində Gənc alim Raqif Hüseynovun təşkilatçılığı ilə Azərbaycan-Polşa Gənc Alimlərinin elmi konfransı keçirilib. Konfransı giriş sözü ilə Varşava Təbiət Elmləri Universitetinin iqtisadiyyat fakültəsinin dekanı professor Yaroslav Qolebişski açaraq tədbir iştirakçılarını salamlayaraq iki ölkə arasında olan elmi əlaqələrin uğurlu inkişafından danışıb. Sonra gənc alim Raqif Hüseynov konfrans iştirakçılarını salamlayaraq Prezident İlham Əliyevin rəhbərliyi altında öz intibah dövrünü yaşayan Azərbaycan Respublikasının iqtisadiyyatını, sənayesini, mədəniyyət və incəsənətini eyni zamanda tarixi adət ənənələrini özündə əks etdirən film nümayiş etdirib. Azərbaycana həsr olunmuş film konfrans iştirakçıları tərəfindən alqışla qarşılanıb. Daha sonra tədbiri professor Henrik Runovski öz çıxışı ilə davam etdirərək Azərbaycan-Polşa Gənc Alimlərinin Elmi Konfransını təşkil etdiyinə görə gənc alim Raqif Hüseynova öz təşəkkürünü bildirib. Professor Henrik Runovski qeyd etdiki bu konfransın təşkili Azərbaycan və Polşa arasında olan elmi əlaqələrin inkişafına gələcəkdə öz töhfəsini verəcəkdir. Konfransın gedişatı zamanı Polşada elmi tədqiqat aparan gənc alim Məltəm Şamilova "Azərbaycan İqtisadiyyatı və Kənd Təsərrüfatı" mövzusunda təqdimat keçirib. Daha sonra Konfrans polşalı gənc alimlərin hazırladıqları təqdimatlarla öz işini davam etdirib. Konfransın sonunda öz təqdimatları ilə fərqlənən gənc alimlər Varşava Təbiət Elmləri Universitetinin rəhbərliyi tərəfindən sertifikatla təltif olunublar. Konfransda Azərbaycan Respublikasının Polşada fəaliyyət göstərən fövqaladə və səlahiyyətli səfriliyinin nümayəndəsi Elnarə Məmmədova, Polşada fəaliyyət göstərən “Diaspora.az” saytının baş redaktoru Nail Əhməd, Polşa-Azərbaycan Gəncləri Assosasiyasının rəhbəri David Cesuda, eyni zamanda Polşada təhsil alan Azərbaycanlı tələbələr iştirak ediblər. Konfransın sonunda professorlar Yaroslav Qolebişski, Henrik Runovski və gənc alim Raqif Hüseynov eyni zamanda Azərbaycan Respublikasının Polşada fəaliyyət göstərən fövqaladə və səlahiyyətli səfriliyinin nümayəndəsi Elnarə Məmmədova Varşava Təbiət Elmləri Universitetində keçirilən elmi konfransla bağlı təəssüratları barədə müsahibə veriblər.

Fuad




 
Bölməyə aid digər xəbərlər
20.11.2018
DOST Agentliyinin konsepsiyasının təqdimatı olub
20.11.2018
Şəhid anası: Birdəfəlik ödəmələrin verilməsi şəhid ailələrinə qayğının bariz nümunəsidir
19.11.2018
Sabirabadda məcburi köçkünlərin məskunlaşdığı qəsəbə təbii qazla təmin olunub
19.11.2018
“ABC Tədris və İnkişaf mərkəzi“ və “Ahıllara və Tənhalara Dəstək“-dən təqdirəlayiq addım
19.11.2018
Səyyar “ASAN xidmət” davam edir

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10507

1 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
2 “Tələbə Baharı-2018”-in mükafatçısı: “Hər gün xalq mahnılarımızı dinləyirəm”
3 Şervin Nəcəfpur: “Norveçdə doğulub boya-başa çatsam da, Vətən uzaqda deyil”
4 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb
5 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info