“Bizə “Cənub axını”nı qadağan etdilər”
Tarix: 19.12.2015 | Saat: 00:32:00 | E-mail | Çapa göndər


Rusiyaya qarşı tətbiq edilən qadağalardan sonra mavi yanacaqla təminat sahəsində problemlərlə üzləşən Avropanın bəzi ölkələri “Cənub axını” layihəsinə böyük ümid bəsləyirdi. Lakin bu layihənin dayandırılması bəzi Avropa ölkələrində narazılıqlarla qarşılanıb.
Məsələn, Bolqarıstanın baş naziri Boyko Borisov Avropa Birliyinin vassalı olduqlarını etiraf edərək, “Cənub axını” qaz kəməri layihəsinin tikintisinin Avropa Komissiyasının tələbi ilə dayandırdıqlarnı bəyan edib. Bolqar nazir Almaniya kansleri Angela Merkel ilə görüşdən sonra jurnalistlərə verdiyi açıqlamada bildirib ki, Rusiya prezidenti Putin belə bir açıqlama verib ki, “Cənub axını” qaz kəməri layihəsi Bolqarıstanın bu layihənin əleyhinə olmasına görə dayanmayıb. Əksinə, Avropa Birliyinin loyal üzvü olan dövlət bütün tapşırıqları yerinə yetirib, sanksiya rejiminə əməl edib, bütün qaz layihələrinə aid üçüncü enerji paketinin müddəalarını və digər tələbləri həyata keçirib. Borisovun sözlərinə görə, o Merkellə söhbəti zamanı Bolqarıstan ərazisində qazpaylayıcı mərkəzin yaradılması perspektivlərini də müzakirə edib: “Qazpaylayıcı mərkəz Yunanıstanla birgə inşa edilən qaz kəmərindən və gələcəkdə Türkiyə istiqamətindən gələcək Azərbaycandan qaz ala bilər. Əgər Rusiya öz qazını bizim sahillərə qədər gətirmək istəyirsə, bu halda “Şimal axını-2” layihəsində olduğu kimi, özəl şirkətlərimiz tranzit haqları ödəməklə bu qazdan yararlana bilər. Bu halda, təbii ki, Bolqarıstan da udmuş olar”. Xatırladaq ki, “Pravda.ru” "Cənub axını" qaz kəmərinin dəniz hissəsinin tikintisi ilə məşğul olan şirkətlər arasında müqaviləsini ləğv edilməsi barədə bir müddət bundan əvvəl xəbər yaymışdı.
Ağasəf Babayev




 
Bölməyə aid digər xəbərlər
19.11.2018
“Qaçaqmalçılığa qarşı mübarizə sahəsində yüksək göstəricilər əldə olunub”
19.11.2018
Səfir: Azərbaycanla Pakistan arasında olan strateji tərəfdaşlıq münasibətləri bütün sahələrdə əməkdaşlığa öz töhfəsini verir
18.11.2018
Sanya meri: Azərbaycan qədim tarixə və özünəməxsus mədəniyyətə malik ölkədir
18.11.2018
Dünyanın heç bir ölkəsində qanunsuz, icazəsiz mitinq keçirməyə yol verilmir
17.11.2018
Milli Dirçəliş Günü ilə bağlı icazəsiz aksiya keçirməkdə məqsəd təxribat törətmək və ara qarışdırmaqdır

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10500

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Davamli dil siyasəti dövlətin əsas prioritet istiqaməti kimi
3 Rufiz Qonaqov: Bako Saakyanın Fransaya qanunsuz səfəri Minsk qrupunun həmsədri olan bu ölkə üçün qara ləkədir
4 “Gedir dayanmadan zamanın köçü”
5 Almaniyada Naxçıvanla bağlı broşürlər paylanılıb


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info