Tarix: 19.12.2015 | Saat: 01:02:00 | E-mail | Çapa göndər


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasına uğurlu rəsmi səfəri zamanı imzalanmış müqavilələrin və qəbul edilmiş qərarların həyata keçirilməsi istiqamətində mühüm addım atılıb.
Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının dəvəti ilə Pekində səfərdə olub, mühüm razılaşma əldə edib. Bu, Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti səviyyəsində Çin Xalq Respublikasına birinci rəsmi səfərdir. Səfərin təşkilində əsas məqsəd Azərbaycan-Çin Xalq Respublikası əlaqələrinin daha da inkişaf etdirilməsi, konkret istiqamətlər üzrə sistemli müştərək layihələrin həyata keçirilməsini təmin etməkdən ibarətdir.
Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası 1977-ci ildən müstəqil ali elmi təşkilat kimi fəaliyyət göstərən ölkənin ən böyük elmi-tədqiqat qurumlarından biridir. İctimai Elmlər Akademiyasında 41 elmi-tədqiqat institutu və elmi mərkəz fəaliyyət göstərir. O cümlədən burada beynəlxalq əlaqələr sahəsində 8, iqtisadiyyat üzrə 8, siyasət sahəsinə aid 5, tarix üzrə 5, ədəbiyyat üzrə 3, marksizm təliminə dair 2 elmi-tədqiqat institutu və digər elmi-təşkilati qurumlar əsasında araşdırma işləri aparılır. Akademiyada çap edilən bir neçə jurnal beynəlxalq miqyasda inpakt faktorlu mühüm nəşrlər kimi qəbul olunur. Dünyanın ən tanınmış dövlət xadimləri və məşhur Nobel mükafatı laureatları bu akademiyada olmuş, nitq söyləmiş, görüşlər keçirmişlər. Azərbaycan xalqının ümummilli lideri, görkəmli dövlət xadimi Heydər Əliyev 9 mart 1994-cü ildə Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının alimləri qarşısında dərin məzmunlu nitq söyləmiş və bu elmi-tədqiqat qurumunun fəaliyyətini dünyada qəbul edilən tanınmış əsas elmi mərkəzlərdən biri kimi yüksək qiymətləndirmişdir.
Azərbaycan Milli Elmlər Akademiyasının nümayəndə heyəti Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının rəhbərliyi və elmi-tədqiqat institutlarının rəsmiləri ilə görüşlər keçirib. Azərbaycan nümayəndə heyətinin Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının Dünya tarixi, Dünya iqtisadiyyatı, Rusiya, Şərqi Avropa və Mərkəzi Asiya, Tarix, Sosiologiya və Ədəbiyyat institutlarında, Çin Elmlər Akademiyasının Geologiya İnstitutunda keçirdikləri görüşlərdə ölkələrarası elmi əlaqələrin prioritetləri və qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olunub. Azərbaycan Milli Elmlər Akademiyası və Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası “Böyük İpək yolu: tarix və müasirlik. Çoxaspektli yanaşmalar” probleminin bütün yönləri ilə: iqtisadiyyat, tarix, mədəniyyətlərin mübadiləsi, beynəlxalq münasibətlər, sosiologiya və sair istiqamətlər üzrə öyrənilməsi barədə yekdil qərar qəbul ediblər. Tərəflər Böyük İpək yolu ilə əlaqədar məsələlərin iqtisadi əhəmiyyəti ilə yanaşı, siyasi-diplomatik münasibətlərin, mədəniyyətlərarası dialoqun inkişafındakı rolunun da elmi cəhətdən tədqiq edilib geniş ictimaiyyətə çatdırılması, dünya dillərinə tərcümə edilərək yayılması, bu mövzuda müştərək beynəlxalq konfransların təşkil olunması, proqnozların hazırlanması üçün mütəxəssislərin səylərinin əlaqələndirilməsini zəruri hesab ediblər.
Bundan başqa, ölkələrin tarixinin və müasir inkişaf səviyyəsinin elmi əsaslarla tanıdılması istiqamətində, iqtisadi, ədəbi-mədəni əlaqələrin öyrənilməsi, elmi nəşrlərin mübadiləsi sahələrində də qarşılıqlı əməkdaşlıq məsələləri diqqət mərkəzinə çəkilib. Azərbaycan nümayəndə heyətinin üzvləri - Milli Elmlər Akademiyasının vitse-prezidentləri, akademik İsa Həbibbəyli, akademik İbrahim Quliyev, İctimai Elmlər Bölməsinin akademik-katibi, müxbir üzv Nərgiz Axundova, Tarix İnstututunun direktoru, müxbir üzv Yaqub Mahmudov, Beynəxalq Əlaqələr İdarəsi rəisinin müavini Zərifə Əliyeva Çin Elmlər Akademiyasının strukturu, fəaliyyəti, təcrübəsi ilə, burada keçirilən islahatlarla yaxından tanış olublar. Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının Rəyasət Heyətində keçirilmiş görüşdə nümayəndə heyətinin rəhbəri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxış edərək təşkil olunan səfərin əhəmiyyətindən və qarşıda duran vəzifələrdən danışıb. Çin Xalq Respublikası İctimai Elmlər Akademiyasının vitse-prezidenti, akademik Kai Fanqa aparılmış işgüzar danışıqların, əldə olunan ilkin razılaşmalar və ortaq elmi məsələlərin müəyyən olunmasını gələcək əlaqələrin mühüm təməlləri kimi yüksək qiymətləndirib. Azərbaycan nümayəndə heyətinin üzvləri Böyük Çin Səddini də ziyarət ediblər.
Azərbaycan Milli Elmlər Akademiyası ilə Çin Xalq Respublikasının İctimai Elmlər Akademiyası arasında qarşılıqlı əlaqələrə dair əməkdaşlıq müqaviləsinin 2016-cı ilin birinci yarısında imzalanması qərara alınıb.
Nigar




 
Bölməyə aid digər xəbərlər
16.11.2018
Rəsulzadə bələdiyyəsində “Strateji Yol Xəritəsi” müzakirə olunub
15.11.2018
Daxili orqanında narkotik vasitə keçirmək istədi
15.11.2018
AAYDA 100 illik yubileyi ilə əlaqədar qanvermə aksiyası təşkil edib
15.11.2018
Qaçaq yolla dərman gətirilməsi cəhdinin qarşısı alınıb
15.11.2018
Bu vulkanların ətrafında yaşayanlar üçün ciddi təhlükə var

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10485

1 “Xaricdə təhsilimi davam etdirsəm, psixologiya sahəsini seçəcəyəm”
2 Azərbaycan turizmi Yunanıstanda təbliğ olunub
3 “Alstom” BTQ üçün ilk yük lokomotivinin Azərbaycana gətiriləcəyi tarixi açıqladı
4 “Gedir dayanmadan zamanın köçü”
5 Daşkənddə Xalq artisti Firudin Səfərovun 85 illik yubileyi qeyd olunacaq


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info