BANM-də semestr imtahanlarını britaniyalı müəllimlər keçirir
Tarix: 21.12.2015 | Saat: 17:08:00 | E-mail | Çapa göndər


Bakı Ali Neft Məktəbinin (BANM) “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisasları üzrə bakalavriatda təhsil alan tələbələri Böyük Britaniyanın Heriot-Vatt Universitetinin tədris proqramları üzrə təhsil aldıqlarına görə imtahanlar həmin universitetlə paralel olaraq, eyni günlərdə və saat fərqi nəzərə alınaraq eyni saatda keçirilir. BANM-in ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, bu, elektron resurslar vasitəsilə iki ali təhsil müəssisəsinin tələbələri arasında imtahan suallarının cavablarının mübadiləsinin qarşısını almaq məqsədilə həyata keçirilir.
BANM-ə Heriot-Vatt Universitetindən ezam edilmiş heyət - Heriot-Vatt Universitetinin Mühəndislik və təbiət elmləri fakültəsinin (MTE) tədris və təlim üzrə direktoru Mak Klaf Kevin, Kimya mühəndisliyi üzrə tədris qrupunun rəhbəri Culian Qudvin, fakultənin təlim və tədris üzrə meneceri Patrisiya Dankan, fakültənin mühəndislik proqramının direktor köməkçisi Aleksandr Bel, fakültənin professoru Qreym Vayt Böyük Britaniyada tərtib olunmuş imtahan sualları əsasında BANM-də imtahanları təşkil edir, onların gedişinə nəzarət edirlər.
BANM Azərbaycanda yeganə ali təhsil müəssisəsidir ki, burada biliyin qiymətləndirilməsi xarici ölkə universiteti tərəfindən həyata keçirilir. BANM-nin “Neft-qaz mühəndisliyi” və “Kimya mühəndisliyi” ixtisaslarının 2-ci, 3-cü və 4-cü kurs tələbələri sessiya ərzində “Emal sənayeləri”, “Emal mühəndisliyi”, “Kimyəvi reaktivlik”, “Mühəndislər və alimlər üçün riyaziyyat 1 və 3”, “Mühəndis¬liyin əsasları”, “Mexanika mühəndisliyi elmi 3”, “Qazıma mühəndisliyi” və digər fənlərdən yazılı imtahan verirlər.
Qeyd edək ki, tələbələrin yazılı cavabları imtahandan sonra sürətli poçt xidməti vasitəsilə qiymətləndirmə üçün Edinburqa, Heriot-Vatt Universitetinə göndərilir. İmtahan prosesinin bu şəkildə təşkil edilməsi nəticələrin şəffaf və obyektiv qiymətləndirilməsinə tam təminat yaradır.

Nigar




 
Bölməyə aid digər xəbərlər
19.09.2018
Lənkəranda keçirilən humanitar aksiyada 130 nəfər könüllü qan verib
19.09.2018
Uşaqlar üçün yardım Mərkəzi tərəfindən 113 nəfərə müxtəlif növ yardım göstərilib
19.09.2018
Neftçilərə yeni mənzillərin orderləri təqdim edilib
19.09.2018
Astarada keçirilən əmək yarmarkasında 45 nəfərə göndəriş vərəqəsi verilib
18.09.2018
Aşıq Hüseyn Bozalqanlının “Xalxal səfəri” dastanı belə başlayır...

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10122

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib”
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Aqil Acalov: “İdmançılar qanvermə aksiyalarında aktiv iştirak edəcəklər”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info