“Beynəlxalq aləm Ermənistanın monoetnikliyini bəyənmir”
Tarix: 21.12.2015 | Saat: 17:18:00 | E-mail | Çapa göndər
Qafqaz Müsəlmanları İdarəsi(QMİ) İrəvandakı Göy məscidin Ermənistan tərəfindən İranın istifadəsinə verilməsi barədə məsələyə münasibət bildirib.
QMİ sədrinin müavini Qəmər Cəvahirli bildirib ki, bu hal təəssüf doğurur.
Q. Cəvahirli deyib ki, Ermənistan bu addımı ilə Azərbaycan, türk memarlıq incisi sayılan Göy məscid başqa bir ölkənin istifadəsi üçün icarəyə verir: “Azərbaycan Ermənistanla müharibə şəraitindədir. Bunu nəzərə alsaq, Azərbaycana məxsus məscidin digər müsəlman ölkəsinə icarəyə verilməsi birmənalı qarşılanmır. Çünki bunun həm mənfi, həm də müsbət tərəfləri var”.
QMİ sədrinin müavini vurğulayıb ki, Ermənistan bu addımı siyasi məqsədlər üçün edib: “Ermənistan dünyada monoetnik bir dövlət kimi tanınır və beynəlxalq aləm bu ölkənin monoetnikliyini bəyənmir. Ona görə də özünü tolerant, multikultural kimi göstərməyə çalışır. Ermənistan bu məqsədlə də bir addım atıb”.
Qeyd edək ki, Ermənistan hökuməti dekabrın 10-da İrəvandakı Göy məscid və ona bitişik ərazilərin Ermənistana məxsus olması barədə qərar qəbul edib. Məscid Ermənistanın tarixi və mədəni abidələri siyahısına salınacaq. Eyni zamanda, dövlət qeydiyyatından keçdikdən sonra məscidin 99 illiyə İran İslam Respublikasının istifadəsinə verilməsi məsələsi ilə bağlı bu ölkənin Ermənistandakı səfirliyi ilə müqavilə imzalanacaq. İran məsciddən mədəniyyət mərkəzi kimi istifadə edəcək.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
Reytinq: Bakı dünyanın ən təhlükəsiz 41 şəhəri sırasında yer alıb
22.09.2018
Xüsusi Olimpiya Hərəkatı gənc liderlərin 20-ci Qolobal Forumu keçiriləcək
21.09.2018
Azərbaycanın ən sürətli mobil şəbəkəsinin adı açıqlanıb
21.09.2018
Baş prokuror Quba rayonunda vətəndaşları qəbul edib
21.09.2018
Sahil Babayev Göygöl rayonunda 4 rayon və şəhərin sakinləri ilə görüşüb

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10133

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 Yalnızlıq qorxusu
5 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info