“İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” kitabının təqdimatı keçirilib
Tarix: 21.12.2015 | Saat: 17:49:00 | E-mail | Çapa göndər


Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir” adlı kitabın təqdimat mərasimini keçirib.
Kitabda Prezident İlham Əliyevin 2003-2015-ci illərdə dövlət-din münasibətləri ilə bağlı imzaladığı sərəncamlar, tolerantlıq və multikulturalizm ideyalarını ehtiva edən çıxışları, nitqləri, görüşləri, müxtəlif beynəlxalq konfrans iştirakçılarına ünvanladığı müraciətləri, müqəddəs dini məkanlara etdiyi səfərlər, bayram və əlamətdar hadisələrlə bağlı dini konfessiya rəhbərlərinə ünvanladığı təbriklər toplanıb.
Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib ki, Azərbaycan sözün həqiqi mənasında dünyada tolerantlığa nümunə olan bir ölkədir: “Bu, bütün dünyada qəbul olunur. Dövlət başçısının çıxışlarının qayəsində tolerantlıq dayanır. Ona görə də biz bu fikri kitabın adı kimi seçmişik”.
Qafqaz Müsəlmanları İdarəsinin sədr müavini Qəmər Cəvahirli bu gün QMİ ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin birlikdə səmərəli fəaliyyət göstərməkdə olduğunu nəzərə çatdırıb: “Prezident İlham Əliyevin dini maarifləndirmə, tolerantlıq sahəsində fəaliyyətini təqdir edirik”.
Azərbaycan Dağ Yəhudiləri İcmasının sədri Milix Yevdayev Azərbaycanın tolerantlıq modelinin dünyada örnəyə çevrildiyini vurğulayıb: “Ölkəmizə qonaq gələnlər gördükləri tolerantlıq nümunələrindən heyrətə gəlirlər. Elə bir günümüz yoxdur ki, qonaqlarımız olmasın. Dağ yəhudiləri olaraq, Azərbaycanı ilk gündən vətənimiz saymışıq. Bu gün yaşayırıq, gələcəkdə də yaşayacağıq. Vətənin qaratikanı yad ölkələrin gül-çiçəklərindən yaxşıdır”.
Bakı və Xəzəryanı bölgələrin yepiskopu Aleksandr ata bildirib ki, Şərqlə Qərb, Şimalla Cənub arasında körpü olan Azərbaycan zəngin təbii resurslarla bərabər, tolerant bir ölkədir: “Azərbaycanın tolerantlıq sahəsində təcrübəsi dünya ölkələri tərəfindən öyrənilməlidir”.
Tədbir çıxışlarla davam edib.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
13.11.2018
“Bakcell”in dəstəyi ilə keçirilmiş M.A.P. Festivalı teatr həvəskarlarına unudulmaz təəssüratlar bəxş edib
13.11.2018
Gömrük əməkdaşları üçün seminar təşkil edilib
13.11.2018
“Dini radikalizmi doğuran əsas səbəblərdən biri İslam haqqında biliklərin az olmasıdır“
13.11.2018
“Nərimanov“ elektrik deposunda qatarlara texniki baxış sahəsi yenidən qurulur
13.11.2018
1100-dək kiçik ailə təsərrüfatı yaradılıb

Şərh əlavə olunmayıb



    ,    
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10462

1 İncəsənət dünyaya sülh gətirir
2 İsveçdə Skandinaviya Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb
3 “Universitetlərdə rəhbər şəxslərin qapıları tələbələr üçün daim açıq olur”
4 Polşalı şagirdlər Azərbaycan nağıllarına illüsturasiyalar çəkiblər
5 “2019-cu ildə əmək haqları və pensiyalar artacaq”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info