“Helsinki Komissiyasının sənədini tam qərəzli hesab edirik”
Tarix: 21.12.2015 | Saat: 17:51:00 | E-mail | Çapa göndər


"Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində Azərbaycanda dini sahə ilə bağlı irəli sürülən əsassız fikirləri təkzib edən sübutlar Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən ABŞ-ın Azərbaycandakı səfirliyi vasitəsi ilə ABŞ Konqresinə çatdırılacaq”. Bunu bu gün jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı bildirib.
M.Qurbanlı deyib ki, Helsinki Komissiyasının Konqresə təqdim etdiyi qanun layihəsində gülməli məqamlar var: “Guya Azərbaycanda babtistlərə, protestantlara qarşı hansısa ayrı-seçkilik var, məhdudlaşdırma həyata keçirilib. Bu absurd və gülünc fikirlərdir. Bu barədə fikirlərimizi iki gün əvvəl bizimlə görüşdə ABŞ-ın Azərbaycandakı səfiri Robert Sekutaya da çatdırdım və müvafiq sənədləri də təqdim etdim. Göstərdik ki, Azərbaycanda babtistlərin, protestantların, lüterantların ayrıca icmaları var. Bütövlükdə xristian dininə aid bütün cərəyanların, təriqətlərin icmaları Azərbaycanda azad şəkildə fəaliyyət göstərir. Yalnız o icmalara icazə vermirik ki, radikal xarakterlidirlər və provaslav və katolik kilsələri öz ölkələrində onlara icazə vermirlər".
Komitə sədri qeyd edib ki, layihədə Yeqova şahidlərinin də adı çəkilir: "Yeqova şahidlərinin Azərbaycanda icması da, fəaliyyəti də var. Xristian icmaları içərisində Azərbaycana ən çox kitab idxal edən də bu icmadır. O kitabların yayılmasını qadağan etmişik ki, onlar bütövlükdə xristian dünyasında qadağan edilib. Bildirdim ki, bu kitabları Fransada, İtaliyada, Almaniyada, Böyük Britaniyada yayılmağa qoymurlarsa, Azərbaycan da bunu edir. Ona görə də Helsinki Komissiyasının sənədini tam qərəzli hesab edirik".
M.Qurbanlı sonra deyib ki, Helsinki Komissiyasının layihəsinin indiki şəraitdə ortaya çıxması təxribat xarakterlidir və Konqresdə dəstəklənəcəyinə inanmıram: "İnanmıram ki, konqresmenlər belə bir qərəzli sənədə səs vermiş olsunlar, ABŞ hökuməti də bu sənədin həyata keçməsinə şərait yaratsın. Sadəcə, belə bir sənədin ortada olması və müzakirəyə çıxarılması təxribat xarakterli bir hərəkətdir. Helsinki Komissiyasında Kristofer Smit adlı ermənipərəst konqresmenin fəallığı ilə bu sənəd ortaya çıxıb. Biz bu layihənin əsassız və qərəzli olduğunu ABŞ ictimaiyyətinə çatdırmalıyıq. Bizim sahə üzrə məsələləri biz faktiki olaraq ABŞ səfirliyi vasitəsi ilə Konqresə çatdırmışıq və bundan sonra da müəyyən sənədləri göndərərək dinlə bağlı göstərilən məqamların doğru olmadığını bildirəcəyik”.
Tural TAĞIYEV




 
Bölməyə aid digər xəbərlər
23.01.2019
Sevinc Fətəliyeva: Hər bir KİV yaydığı xəbərə görə məsuliyyət daşıdığını unutmamalıdır
23.01.2019
Azərbaycan sülhməramlıları Cənubi Sudana yola düşüb
23.01.2019
“Azərbaycan təcrübəsi, əldə etdiyimiz nəticələr siyasətimizin doğru olduğunu nümayiş etdirir”
23.01.2019
Davos görüşü Düşənbə və Sankt-Peterburqdakı görüşlərin davamı kimi qiymətləndirilə bilər
23.01.2019
“Azərbaycan- Ukrayna” beynəlxalq alyansının sədri Milli Məclisdə olub

Şərh əlavə olunmayıb

    ,    
Namiq Əliyev
Namiq Əliyev
Tural Tağıyev
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10565

1 “Mənim güc mənbəyim Bakıdadır”
2 Mehman Hüseynov Prezident İlham Əliyevə müraciət ünvanlayıb
3 Ahmet Gencehan Babiş: “Türkiyənin Azərbaycanın razı olmayacağı bir işdə olması mümkün deyil”
4 Sədərək uğrunda gedən qeyri-bərabər döyüşdə yurd sevgisi qalib gəldi
5 Türkiyə hərbçiləri Suriyada “YPG“ terrorçularına layiqli cavab veriblər


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info