La Sapienza Universitetində “Kitabi-Dədə Qorqud”la bağlı seminar
Tarix: 21.12.2015 | Saat: 19:43:00 | E-mail | Çapa göndər


İtaliyanın La Sapienza Universitetində “Kitabi-Dədə Qorqud” dastanının məşhur alman şərqşünası və diplomatı Henrix Fridrix fon Dits tərəfindən tərcüməsinin 200 illiyi ilə bağlı seminar keçirilib.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin mətbuat xidmətindən bildiriblər ki, seminar “Azərbaycan multikulturalizmi” fənninin tədrisi çərçivəsində reallaşıb.
Seminar zamanı tələbələrə oğuz türkləri və onların Azərbaycan xalqının etnogenezində oynadığı rolun əhəmiyyəti barədə məlumat verilib, “Kitabi- Dədə Qorqud” dastanında əks olunan multikultural dəyərlərlə bağlı nümunələr göstərilib. Tələbələrə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin “Kitabi-Dədə Qorqud” dastanının alman dilinə tərcüməsinin 200 illiyi ilə əlaqədar həyata keçirdiyi layihələr, dastanın “Basatın Təpəgözü öldürməsi” boyunun italyan dili də daxil olmaqla dünyanın və ölkəmizdə yaşayan müxtəlif xalqların dilinə tərcümə olunması barədə məlumat verilib.
Seminar tələbələr tərəfindən böyük maraqla qarşılanıb və mövzu ətrafında elmi diskussiya aparılıb.
Tural




 
Bölməyə aid digər xəbərlər
24.09.2018
“Bakcell”in baş sponsorluğu ilə Bakıda M.A.P. festivalı keçiriləcək
24.09.2018
“Bakcell”in baş icraçı direktoru startap və telekommunikasiya sahəsinin rəqəmsallaşması barədə danışıb
24.09.2018
Bakıda Xüsusi Olimpiya Hərəkatı Gənc Liderlərin 20-ci Qlobal Forumu işə başlayıb
24.09.2018
AQTA bəzi şirniyyatlarla bağlı məlumatlara aydınlıq gətirdi- “Ozmo”, “Pop kek”, “Tutku”...
24.09.2018
Aİİ bütün tələbələrini dərs vəsaitləri ilə təmin edib

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10141

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Yalnızlıq qorxusu
4 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
5 Qalust Qriqoryan: “İsrailin müdafiə nazirinin Bakı səfəri Ermənistana xüsusi mesajdır ”


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info