Azərbaycan və Bolqarıstan parlamentləri arasında güclü əlaqələr mövcuddur
Tarix: 21.12.2015 | Saat: 19:44:00 | E-mail | Çapa göndər


Azərbaycanın Bolqarıstandakı səfiri Emil Kərimov ilə Bolqarıstan Respublikasının Xalq Məclisinin sədri xanım T.Tsaçeva arasında görüş keçirilib.
Səfirlikdən verilən məlumata görə, xanım T.Tsaçeva ölkələr arasında son illər ərzində bir çox sahələr üzrə əlaqələrin sürətlə inkişaf etməsindən, bu prosesdə ölkə başçılarının yüksək rolundan bəhs edib.
Sonra xanım sədr Azərbaycan Prezidenti İlham Əliyevin bu il 3-5 mart tarixlərində Bolqarıstana rəsmi səfərini xatırlayıb. Səfər çərçivəsində iki ölkə arasında imzalanan “Azərbaycan Respublikası ilə Bolqarıstan Respublikası arasında Strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə” ilə münasibətlərin yeni səviyyəyə qalxmasından söz açıb.
T.Tsaçeva eyni zamanda, Azərbaycan və Bolqarıstan parlamentləri arasında mövcud güclü əlaqələrdən, hər iki parlamentdə parlamentlərarası dostluq qruplarının fəaliyyətindən bəhs edib. Parlamentlərarası əlaqələrin son illər ərzində daha da inkişaf etməsində parlament rəhbərlərinin və üzvlərinin qarşılıqlı səfərlərinin mühüm rol oynadığını, həmçinin parlamentlərimizin komitə və komissiyaları arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində sıx əlaqələrin mövcud olduğunu vurğulayıb.
Son illər Azərbaycana etdiyi səfərləri xatırlayan xanım sədr Azərbaycanın sürətli inkişafından, bu sahədə ölkə rəhbərliyinin yüksək səylərindən bəhs edib.
Görüşün sonunda T.Tsaçeva son illər ərzində parlamentlər arasında əlaqələrin yüksələn xətt üzrə inkişaf etməsində səfir E.Kərimovun fəaliyyətini yüksək qiymətləndirib və səfirə Bolqarıstan Xalq Məclisi adından xatirə nişanı təqdim edib.
Səfir öz növbəsində xoş sözlərə və Bolqarıstan Xalq Məclisi tərəfindən göstərilmiş etimada görə xanım sədrə dərin təşəkkürünü bildirib.
Tural




 
Bölməyə aid digər xəbərlər
22.09.2018
İsveçrə və Azərbaycan arasında çox yaxşı əlaqələr mövcuddur
21.09.2018
Yıldırım: “Azərbaycanı vətənim kimi qəbul edirəm“
21.09.2018
Ombudsman: “Yalnız müharibənin acısını yaşamış xalqlar sülhün dəyərini bilir”
21.09.2018
Binəli Yıldırım: Azərbaycanın qazandığı uğurlarda parlamentin böyük rolu var
21.09.2018
Türkiyə Böyük Millət Məclisinin sədri Azərbaycanda səfərdədir

Şərh əlavə olunmayıb



    ,    
Mehriban Nəsib
Araz Hüseyn
Fuad HÜSEYNZADƏ
Namiq Əliyev
Hansı dövlətləri Azərbaycana dost hesab edirsiniz?
Türkiyə
Rusiya
ABŞ
Almaniya
Fransa
İngiltərə
Gürcüstan
Ukrayna
Belorusiya
İran
Çin

  Nəticələr!    İştirak edənlər: 10128

1 Ötən tədris ilində Bakı Atatürk Liseyinin 36 məzunu dünyanın müxtəlif universitetlərinin tələbəsi adını qazanıb
2 “Bu il sığorta bazarı 40 faizdən çox genişlənib, yığımlar artıb”
3 Krivoy Roqdakı soydaşlarımız festivala hazırlaşırlar
4 “Türkiyə və Azərbaycanla yaxın münasibətlər quran Rusiya Ermənistanın maraqlarına heç bir məhəl qoymur”
5 QHT sədri Ukraynadakı “Qafqaz“ xalq rəqs ansamblına milli geyimlər hədiyyə edib


© Copyright 1999-2013 "Palitra" müstəqil ictimai-siyasi qəzet
Azərbaycan, Bakı ş. Sahib Zeynalov 15/31
Tel/Fax.: 441-39-97, Tel: 449-55-46
Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir. Designed by inetlab.info